b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_xgfdgfhfhghghh.JPG
"Ermənistanın Tovuzdakı təxribatlarının bir neçə səbəbi var. Bundan əvvəl Ermənistan işğalçı və irticaçı doktrina qəbul etmişdi. Burada yeni ərazilərə iddialar var idi”.
 
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı keçirilən mətbuat konfransında bildirib.
 
H.Hacıyev əlavə edib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusuna məxsus UAZ avtomobilinin guya Ermənistan tərəfinə keçməsi barədə iddiaları gülüş doğurur.
 
"Bu, təsadüfi atəşkəs pozulması halları deyildi. Məqsəd diqqəti Dağlıq Qarabağ münaqişəsindən yayındırmaq və Ermənistanın daxil olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etmək idi.
 
Ermənistanın digər məqsədi yeni ərazilər işğal etmək və ərazidəki Azərbaycana məxsus yüksəkliklərin ələ keçirilməsi idi. Ermənistanın hərbi-siyasi avantürası iflasa uğradı”.
 
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ordusu Ermənistana layiqli zərbələr endirdi və Azərbaycanın sərhəd toxunulmazlığı və mülki əhalisinin təhlükəsizliyi təmin edildi.
 
"Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri də fiasko ilə nəticələndi. Çətin vəziyyətə düşən Ermənistan və erməni lobbisi Kim Kardaşyanın yardımına müraciət etdilər”, -deyə o əlavə edib.
 
H.Hacıyev söyləyib ki, Ermənistan silahlı qüvvələri qəsdən, məqsədyönlü şəkildə mülki əhalini də hədəfə aldı:
 
"Təəssüflər olsun ki, Tovuz hadisələrində bir nəfər mülki sakin həlak oldu”. 

01 Dekabr 2020 Azərbaycan Prezidenti: "Hanı o şərt? Cəhənnəmə getdi"
01 Dekabr 2020 Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma imzalanıb
30 Noyabr 2020 Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər
27 Noyabr 2020 KİV: Ermənistan prezidenti açıq oyuna başlayıb
26 Noyabr 2020 Fransa bu gedişlə öz ərazi bütövlüyünü də təhdid altına salacaq – ŞƏRH
26 Noyabr 2020 XİN:Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur
25 Noyabr 2020 İlham Əliyev: "Kəlbəcərin işğalı o vaxt hakimiyyətdə olmuş Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir"
24 Noyabr 2020 İlham Əliyev: Bizə mənəvi və siyasi dəstək verən mənim qardaşım Rəcəb Tayyib Ərdoğan olub
23 Noyabr 2020 Bayden: “Amerikalılar daha Trampın seçki nəticələrini dəyişmək cəhdlərinə səbr göstərməyəcək”
21 Noyabr 2020 Fransanın ermənipərəst mövqe sərgiləməsi işğal siyasətinə dəstək deməkdir - Mövlud Çavuşoğlu
20 Noyabr 2020 Rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi başa çatdı
20 Noyabr 2020 Ordumuzun yaratdığı vahimə, heyrətamiz siyasi gediş və xalqın qəzəbi – AĞDAMI döyüşərək aldıq!
20 Noyabr 2020 İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir
19 Noyabr 2020 Ramiz Mehdiyev İdarəçilik Akademiyasından uzaqlaşdırıldı - Yerinə yeni təyinat
18 Noyabr 2020 Rusiya sülhməramlılarından ibarət daha bir karvan Qarabağa gəldi - VİDEO
17 Noyabr 2020 Putin: “Birgə monitorinq mərkəzinin harada yerləşəcəyinə Azərbaycan özü qərar verəcək”
16 Noyabr 2020 Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsi məsələsi ilə bağlı AÇIQLAMA
15 Noyabr 2020 Lukaşenko ona sui-qəsdin təşkil etməyə cəhd edildiyini bildirib
13 Noyabr 2020 Vahid Əhmədovdan Polad Bülbüloğluna sərt sözlər: "Sanki Sergey Lavrovdur"
12 Noyabr 2020 Sergey Lavrov: “Ermənistan müxalifəti Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmanı spekulyasiya etməyə çalışır”