b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_fdfdfdfdghhhgf.jpg

"Bəzi xəbər saytlarında bir qrup şəxs tərəfindən polis əməkdaşlarının qanunu tələblərinə əməl etməyən şəxslərlə bağlı yayılan görüntülər tərəfimizdən araşdırılıb".

Bu barədə Missiya.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər xüsusi karantin rejim qaydalarına bir əməl etmədən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan qanunsuz küçə ticarətilə məşğul olublar: "Ancaq təəssüf edirik ki, bəzi xəbər saytlarında mahiyyəti ilə uyğun olmayan fakt “polisə hücum” kimi təqdim olunur.

Bununla əlaqədar bildiririk ki, burada polis əməkdaşlarına hər hansı hücum, yaxud müqavimət göstərilməsi iddiaları əsassızdır. Belə ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, mübahisəli vəziyyət yaradıblar. Onların müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiq edən sənəd tələb edildikdə onlar qəsdən polisin tələbinə tabe olmayıblar. Onlar şəxsiyyətlərini müəyyən etmək üçün polis bölməsinə aparılarkən orada olan qardaşların atası polisin fəaliyyətinə maneçilik törətməyə cəhd edib. Belə olduqda, polis əməkdaşları həmin şəxsləri 36-cı Polis bölməsinə apararaq, şəxsiyyətlərini müəyyən edərək, hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454 və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb".



12 Avqust 2020 Prezident Əli Əsədovu daha bir yüksək vəzifəyə təyin etdi
11 Avqust 2020 Mövlud Çavuşoğlu: “Azərbaycandan adığımız qazın həcmini artıracağıq”
10 Avqust 2020 Azərbaycanda nazirlikdə yüksək vəzifəli şəxsləra işdən çıxarıldı
07 Avqust 2020 Serbiya silah məsələsinə görə Azərbaycana nümayəndə heyəti göndərir
06 Avqust 2020 Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı
05 Avqust 2020 Ermənistan niyə Tovuzda təxribat törətdi? - Politoloqun şərhi
04 Avqust 2020 İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzaladı
03 Avqust 2020 Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır?
29 İyul 2020 Putin Rusiyada koronavirusla bağlı vəziyyətin sakitləşdiyini açıqladı
27 İyul 2020 Yeni Təhsil nazirindən ilk açıqlama: "Həqiqətən də bu, böyük etimaddır"
24 İyul 2020 İlham Əliyevdən SƏRT XƏBƏRDARLIQ: Kimin imkanı, yüksək vəzifədə qohumu varsa...
22 İyul 2020 Ceyhun Bayramov Ermənistan təcavüzü ilə bağlı danışıqlarını davam etdirir
21 İyul 2020 Prezidentin köməkçisi Ermənistanın Tovuz təxribatlarının səbəbini açıqladı
20 İyul 2020 İranda Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda ittiham olunan şəxs edam edildi
17 İyul 2020 Prezidentin köməkçisi Paşinyanın sabiq diplomatik müşaviri ilə debatda - VİDEO
16 İyul 2020 Ermənistan ordusu məğlub durumda: Səfərbərlik başladı
15 İyul 2020 Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
14 İyul 2020 DTX-dan sosial şəbəkələrdə yayılan təxribatçı məlumatlarla bağlı - AÇIQLAMA
13 İyul 2020 Ermənilər daha bir istiqamətdə təxribata əl atdı - Ərazilər yandı - RƏSMİ
06 İyul 2020 İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO