b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_ssdsddsdsdsd.jpg
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə şəxsi heyəti təbrik edib.

Missiya.Az xəbər verir ki, təbrikdə deyilir:
 
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!
 
Sizi Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi naminə çətin və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
 
Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması və ordumuzun nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin nəticəsidir.
 
Ən müasir texnika və avadanlıqlarla təchiz edilən, aparılan genişmiqyaslı islahatlardan bəhrələnən ordumuz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb.
 
2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən işğalında olan torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması bir daha ordumuzun gücünü nümayiş etdirdi.

Azərbaycan Ordusunun yubiley tarixlərində keçirilən möhtəşəm paradlar da ölkəmizin müdafiə qabiliyyətinin, hərbi potensialının daha da güclənməsinə bariz nümunədir.
 
Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunub. Dövlət başçısının fərmanına əsasən, orduda xidmət edən hərbi qulluqçular xidməti və daimi mənzillərlə təmin olunur, hərbi qulluqçuların maddi, sosial-məişət, xidməti şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da uğurla davam etdirilməsinə zəmin yaradılıb.
 
Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda  canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
 
Əminliklə bildirirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq yeni qələbələr qazanmaq üçün siz döyüş və mənəvi-psixoloji hazırlığınızı, səy və bacarıqlarınızı daha da artıraraq, Ali Baş Komandanın döyüş əmrini yerinə yetirəcəksiniz.
Bir daha hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram”.


13 İyul 2020 Ermənilər daha bir istiqamətdə təxribata əl atdı - Ərazilər yandı - RƏSMİ
08 İyul 2020 Polislə yaşanan insidentlə bağlı RƏSMİ AÇIQLAMA
06 İyul 2020 İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO
01 İyul 2020 Fəttah Heydərov vətəndaşları karantin qaydalarına əməl etməyə çağırdı
29 İyun 2020 Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə həbs edildi - RƏSMİ
26 İyun 2020 Ermənistanın hərbi cinayətləri BMT Təhlükəsizlik Şurasındakı debatlarda müzakirə olundu
22 İyun 2020 Azərbaycan Ordusu dağlıq ərazidə təlim keçirdi - VİDEO
19 İyun 2020 Azərbaycanda yeni şəhər yaradıldı - Prezidentdən sərəncam
18 İyun 2020 Azərbaycan və Rusiya prezidentləri sərhəddəki vəziyyəti müzakirə etdilər
17 İyun 2020 SİLAHLI TOQQUŞMA! Hindistanla Çin arasında böyük savaş başlaya bilər - Gərginliyə səbəb nədir? - VİDEO
16 İyun 2020 Bakıda koronavirusa yoluxma üzrə lider rayon yenə dəyişdi - RƏSMİ
11 İyun 2020 İlham Əliyev “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib - FOTO
09 İyun 2020 Xəzər dənizinin Kürə qarışması ilə bağlı RƏSMİ AÇIQLAMA
08 İyun 2020 “Beşbarmaq dağı” qoruğa çevrilir - Prezident sərəncam imzaladı
03 İyun 2020 Prezident İlham Əliyev sərəncam İMZALADI
02 İyun 2020 Prezident: "Vaxtında gördüyümüz tədbirlər sayəsində minimum itki vermişik"
01 İyun 2020 Pandemiya bitir: Azərbaycan müharibəyə hazırlaşır? - Rus ekspertdən savaş anonsu
21 May 2020 Putin Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı tapşırıq verdi
15 May 2020 II Elizabet İlham Əliyevə məktub göndərdi
14 May 2020 "Başqa ölkələrdə nazir dərhal istefa verərdi" - Siyavuş Novruzov Nazirlikdəki həbslərdən danışdı