b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_fgdvfdfgffg.jpg

Çin və Hindistan arasında baş vermiş gərginliyinin bəzi səbəbləri məlum olub. Xatırladaq ki, ötən axşam iki ölkənin Silahlı Qüvvələri arasında yaşanan gərginlik nəticəsində onlarla əsgər həyatını itirib.

Missiya.Az xəbər verir ki, iki nüvə dövləti arasında baş verən silahlı toqquşma dünya mediasında geniş müzakirələrə səbəb olub.

Məlumata görə, atışma Hindistanın şimal-qərbindəki Ladakh bölgəsində baş verib. İnsident nəticəsində Hindistan ordusunun 20, Çin ordusunun isə 43 əsgərini itirdiyi iddia olunur. Bu Çin və Hindistan arasında son 45 ildə baş vermiş ən genişmiqyaslı hərbi toqquşmadır. Çin rəhbərliyi neçə əsgərin öldüyü barədə açıqlama verməyib. Amma insidentin bəzi təfərrüatlarını açıqlanıb. Hökumətin iddiasına görə, Hindistan əsgərləri iki tərəf arasında əldə olunan razılaşmaya zidd olaraq, sərhəddi 2 dəfə qeyri-qanuni şəkildə keçib və Çin ordusuna qarşı təxribat xarakterli əməliyyatlar törətməyə cəhd edib. Hindistan rəhbərliyi isə yaşanan gərginliyə görə, Çini günahlandırıb. Qeyd olunub ki, 2017-ci ildə Çin əsgərləri Ladakh bölgəsinə 3 nöqtədən daxil olub və orada çadır qurublar, hərbi düşərgələr salıblar. Hindistan hökuməti isə Çinə dəfələrlə “bölgədən çıxın” xəbərdarlıqları edib.

Ölkələrin bir-birinə qarşı torpaq iddiaları da var. Çin və Hindistan arasındakı 3 min 500 kilometrlik sərhəd xəttinin böyük hissəsi mübahisəlidir. Rəsmi Pekin “Güney Tibet” adlandırdığı Hindistanın Arunaçal Pradeş əyalətindəki 90 min kilometrlik əraziyə iddia edir.

Yeni Dehli isə Aksai Çin bölgəsinin 38 min kilometrlik ərazisinin Çin tərəfindən işğal olunduğunu bildirir. Tərəflər uzun illər aparılan danışıqlara baxmayaraq, yekun nəticə əldə edə bilməyiblər. Elə bu səbəbdən ölkələr arasında zaman-zaman qısamüddətli hərbi toqquşmalar qeydə alınır.




Elvin
Missiya.Az



12 Avqust 2020 Prezident Əli Əsədovu daha bir yüksək vəzifəyə təyin etdi
11 Avqust 2020 Mövlud Çavuşoğlu: “Azərbaycandan adığımız qazın həcmini artıracağıq”
10 Avqust 2020 Azərbaycanda nazirlikdə yüksək vəzifəli şəxsləra işdən çıxarıldı
07 Avqust 2020 Serbiya silah məsələsinə görə Azərbaycana nümayəndə heyəti göndərir
06 Avqust 2020 Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı
05 Avqust 2020 Ermənistan niyə Tovuzda təxribat törətdi? - Politoloqun şərhi
04 Avqust 2020 İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzaladı
03 Avqust 2020 Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır?
29 İyul 2020 Putin Rusiyada koronavirusla bağlı vəziyyətin sakitləşdiyini açıqladı
27 İyul 2020 Yeni Təhsil nazirindən ilk açıqlama: "Həqiqətən də bu, böyük etimaddır"
24 İyul 2020 İlham Əliyevdən SƏRT XƏBƏRDARLIQ: Kimin imkanı, yüksək vəzifədə qohumu varsa...
22 İyul 2020 Ceyhun Bayramov Ermənistan təcavüzü ilə bağlı danışıqlarını davam etdirir
21 İyul 2020 Prezidentin köməkçisi Ermənistanın Tovuz təxribatlarının səbəbini açıqladı
20 İyul 2020 İranda Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda ittiham olunan şəxs edam edildi
17 İyul 2020 Prezidentin köməkçisi Paşinyanın sabiq diplomatik müşaviri ilə debatda - VİDEO
16 İyul 2020 Ermənistan ordusu məğlub durumda: Səfərbərlik başladı
15 İyul 2020 Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
14 İyul 2020 DTX-dan sosial şəbəkələrdə yayılan təxribatçı məlumatlarla bağlı - AÇIQLAMA
13 İyul 2020 Ermənilər daha bir istiqamətdə təxribata əl atdı - Ərazilər yandı - RƏSMİ
08 İyul 2020 Polislə yaşanan insidentlə bağlı RƏSMİ AÇIQLAMA