b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_hfgfgfghghghgjjggj.jpg

“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri, Azərbaycan Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü, Kəlbəcər rayonunun 87 yaşlı sakini Qənbər Qurbanov Prezident İlham Əliyevə təşəkkür məktubu yazıb.

Missiya.Az xəbər verir ki, Kəlbəcər rayon ictimaiyyəti adından yazılan və president.az saytında yer alan məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyiniz ilə həyata keçirilən mübarizə tədbirləri bizdə böyük qürur hissi yaradıb. dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ pandemiya elan olunmasından əvvəl Sizin uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində şükürlər olsun ki, ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bütün bunlara görə xalqımız Sizə minnətdarlığını ifadə edir, Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayır. Məhz görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliyin gedişatı ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalıb evlərinə dönən xəstələrin sayı hər gün artır.

Möhtərəm cənab Prezident, bu xəstəliklə mübarizə məqsədilə Sizin tapşırığınızla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, “Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışları, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsi, bu problemin həlli ilə bağlı keçirdiyiniz müşavirələr, dövlət strukturlarına verdiyiniz müvafiq tapşırıqlar bir daha Sizin bu sahədəki siyasətinizin qətiyyətli, ardıcıl və davamlı olmasının sübutudur. Görülən bütün bu tədbirlər, Sizin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çətin anlarda hər zaman xalqla birliyi, bütün fəaliyyətinizin xalqımızın bu ağır sınaqdan üzüağ çıxmağına yönəlməsi insanlarda yüksək əhval-ruhiyyə yaradıb. Bu çətin günlərdə bütün xalqımız Sizin “Biz birlikdə güclüyük!” çağırışınızın müsbət əhval-ruhiyyəsi və mənəvi gücü ilə yaşayır”.

Q.Qurbanov Azərbaycan Prezidentinin və ölkənin Birinci vitse-prezidentinin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb:

“Möhtərəm cənab Prezident, mən bir ağsaqqal kimi Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaqdır. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi, xalqımızı və möhkəm təməlləri ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan qüdrətli dövlətimizi qorusun”.



21 May 2020 Putin Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı tapşırıq verdi
15 May 2020 II Elizabet İlham Əliyevə məktub göndərdi
14 May 2020 "Başqa ölkələrdə nazir dərhal istefa verərdi" - Siyavuş Novruzov Nazirlikdəki həbslərdən danışdı
13 May 2020 İlham Əliyev yeni təyin edilən icra başçısını videoformatda qəbul etdi - FOTO
07 May 2020 Prezident karantinin yenidən sərtləşdirilmə ehtimalından danışdı
05 May 2020 Siyavuş Novruzov yeni həbs dalğasının anonsunu verdi: "Onlar da həbs olunmalıdır"
04 May 2020 İlham Əliyevin təşəbbüsü ilə daha bir Zirvə görüşü keçiriləcək
01 May 2020 Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlandı - RƏSMİ
30 Aprel 2020 Nazirlikdən 190 manat yardımla bağlı ən son məlumat
29 Aprel 2020 Koronavirus böhranından qazancla çıxan ölkələr də var
27 Aprel 2020 Türk Şurasının Baş Katibliyi “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb
20 Aprel 2020 Azərbaycanda ordudan tərxis başladı
15 Aprel 2020 “Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır” - XİN
14 Aprel 2020 Prezident İlham Əliyev videokonfrans şəklində müşavirə keçirib - FOTO
09 Aprel 2020 Baş nazir Azərbaycanda ötən ilin işsizlik səviyyəsini açıqladı
06 Aprel 2020 Deputatlar Elman Rüstəmovla bağlı məsələni səsə qoyacaqlar
31 Mart 2020 İrandan Dağlıq Qarabağda keçirilən seçkilərə REAKSİYA
27 Mart 2020 Azərbaycanda bu məhsullar ƏDV-dən azad edildi - FƏRMAN
18 Mart 2020 İcra başçılarına nəzarət gücləndirilir - Yeni qərar
16 Mart 2020 Azərbaycanda koronavirusa görə cərimələr tətbiq olunacaq - 5 min AZN