2322435435.JPG

Nazirlər Kabinetində (NK) neft bazarındakı vəziyyət, onun Azərbaycana təsirləri və qabaqlayıcı tədbirlər müzakirə olunub.

NK Mətbuat Xidmətindən Missiya.Az-a bildirilib ki, martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov və Baş Nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər.

"Dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə əsas neft ixracatçıları arasında hasilatın həcmi barədə fikir ayrılığının yaranması dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olub.

Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir. Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb. Bu ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək.

Qeyd edək ki, dünyada baş verən neqativ iqtisadi meyillər fonunda belə Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Bu gün ölkə iqtisadiyyatı 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam edir. Belə ki, yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7%, ÜDM isə 2,8% artıb.

Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. 2019-cu ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötür, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir.

Valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcəkdir.

Eyni zamanda, dövlət büdcəsinin maliyyə dayanıqlılığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdiriləcək.

Vurğulanmalıdır ki, 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur.

Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə olunacaqdır.

Bununla yanaşı, istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək", - hökumətdən bildirilib.


28 Oktyabr 2020 Ərdoğan Putinə: "Qırmızı xətt keçilərsə, atamızın oğlu da olsa, gözümüz görməz"
27 Oktyabr 2020 Dövlət Bahçeli: “Ermənistana silah köməyi tarixin şahid olduğu ən dəhşətli ikiüzlülükdür”
26 Oktyabr 2020 Azərbaycan və Latviya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
23 Oktyabr 2020 "Münaqişə Dağlıq Qarabağ ərazisində gedir, Ermənistan ərazisinə keçməyib" - Rusiyadan AÇIQLAMA
21 Oktyabr 2020 DİN əhaliyə xəbərdarlıq etdi
20 Oktyabr 2020 Xudafərin körpüləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salına bilər - RƏSMİ
19 Oktyabr 2020 Hikmət Hacıyev: "Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır"
15 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistan dinc əhaliyə qarşı terror siyasətini yürüdür”
14 Oktyabr 2020 Prezident: "İşğaldan azadetmə əməliyyatımız uğurla davam edir"
13 Oktyabr 2020 Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Prezidentə məktub yazdı
12 Oktyabr 2020 İlham Əliyevin idarə etdiyi iki müharibə - Qalib Azərbaycandır!
12 Oktyabr 2020 İlham Əliyev: "Gəncəyə hücum qərarını şəxsən Paşinyan verib"
08 Oktyabr 2020 Prezidentin köməkçisi dünya ölkələrinə müraciət etdi
07 Oktyabr 2020 Peskov: “Rusiya KTMT-yə görə Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”
06 Oktyabr 2020 Xameneinin müşaviri: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”
02 Oktyabr 2020 Hikmət Hacıyev Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkür etdi
01 Oktyabr 2020 Rəcəb Tayyib Ərdoğan: "Atəşkəs tələbləri yersizdir"
30 Sentyabr 2020 İlham Əliyev: "Ermənistan hökuməti şərtimə əməl edərsə, döyüşlər dayanacaq"
28 Sentyabr 2020 Komendant saatında bu şəxslər çölə çıxa biləcək - Siyahı
24 Sentyabr 2020 Rəsmi Bakı beynəlxalq qurumlara çağırış etdi: Ermənistan yeni hücuma hazırlaşır