gghghghghjghjhjhghjg.jpg
Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədlər və siyasi partiyalar tərəfindən yuxarı seçki komissiyalarına şikayət proseduru açıqlanıb.

Missiya.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli APA-ya açıqlama verib. O bildirib ki, seçki subyektləri seçki məntəqəsində qanun pozuntuları aşkar edərsə, bununla əlaqədar həmin gün məntəqə seçki komissiyasına müraciət etmək hüququ var.

Seçki subyektləri seçki məntəqəsində ümumilikdə hansısa nöqsanları mübahisələndirmək fikrindədirsə, seçkidən sonra 3 gün ərzində müvafiq dairə seçki komissiyasına (DSK) müraciət edə bilər. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət 10, 11 və 12 fevral tarixlərini əhatə edir. DSK müraciətə 3 gün ərzində baxaraq qərar verməlidir. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət fevralın 15-də başa çatır. Əgər müvafiq DSK-nın seçki məntəqələrində baş verən hadisələr, qanun pozuntuları ilə bağlı qərarı seçki subyektlərini qane etmirsə, yaxud DSK-nın hərəkətindən, hərəkətsizliyindən, qərarından qərarı aldığı vaxtdan 3 gün ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək hüquqları var. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatır.

MSK isə Seçki Məcəlləsinə uyğun olaraq, maksimum 20 gün müddətində müraciətlərlə bağlı qərar verməlidir. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət fevralın 29-dək olan dövrü əhatə edir. MSK fevralın 29-dək Milli Məclisə seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalı, seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir. "Seçki subyektlərinin MSK-nın qərarlarını apelyasiya məhkəməsində mübahisələndirmək hüququ da var. Apelyasiya məhkəməsinin qərarından narazı qaldıqda isə Ali Məhkəməyə müraciət edə bilərlər. Konstitusiya Məhkəməsi də MSK-nın təqdim etdiyi sənədlərlə paralel Ali Məhkəmənin göndərdiyi sənədlərə də baxır. Bu proses Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiqləyənə qədər başa çatmalıdır. Seçki Məcəlləsinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir”, - deyə M. Rəhimli bildirib.

Prosedurdan aydın olur ki, MSK ən gec fevralın 28-də Milli Məclisə seçkilərin nəticələrini yoxlayaraq yekun vurarsa, 24 saat müddətində, yəni fevralın 29-da sənədləri Konstitusiya Məhkəməsinə təqdim edərsə, Konstitusiya Məhkəməsi maksimum martın 10-dək Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiqləyəcək.

MSK katibi onu da qeyd edib ki, məntəqədə baş verən hadisələrlə əlaqədar birbaşa MSK-ya müraciət etmək olmaz, bu, ancaq DSK-da mübahisələndirilə bilər. Əgər DSK-ya müraciət etmədən MSK-ya müraciət olunubsa, MSK həmin məsələyə baxılması üçün müraciəti DSK-ya göndərmək hüququna malikdir. Əgər məsələyə MSK-da baxılıbsa, seçki subyektinin MSK-nın qərarı ona təqdim edilən vaxtdan 3 gün ərzində apelyasiya məhkəməsinə şikayət etmək hüququ var.

Yeri gəlmişkən, bəzi namizədlər məntəqələrdə onlara təqdim edilən protokollarda hər hansı problem olmadığı, pozuntunun DSK-da baş verdiyini iddia edərək birbaşa MSK-ya müraciət etdikləri və məsələyə məhz MSK-nın baxmalı olduğunu vurğulayırlar. MSK katibi isə deyir ki, deputatlığa namizədlər MSK-ya müraciət edə bilərlər: "Amma MSK müraciəti araşdırmayacaq. Çünki MSK-nın məntəqə seçki komissiyalarında baş verən hadisələri birbaşa araşdırmaq hüququ yoxdur. Ona görə də MSK həmin müraciətləri DSK-ya göndərir. Seçki məntəqələrində baş verənləri DSK araşdırır. Əgər şikayətçi qane olmursa, DSK-nın qərarından MSK-ya şikayət edə və məsələ MSK-da mübahisələndirilə bilər”.


06 Aprel 2020 Deputatlar Elman Rüstəmovla bağlı məsələni səsə qoyacaqlar
31 Mart 2020 İrandan Dağlıq Qarabağda keçirilən seçkilərə REAKSİYA
27 Mart 2020 Azərbaycanda bu məhsullar ƏDV-dən azad edildi - FƏRMAN
18 Mart 2020 İcra başçılarına nəzarət gücləndirilir - Yeni qərar
16 Mart 2020 Azərbaycanda koronavirusa görə cərimələr tətbiq olunacaq - 5 min AZN
12 Mart 2020 Prezident nazir müavinini vəzifədən azad edib - SƏRƏNCAM
10 Mart 2020 Azərbaycan hökuməti neftə görə təcili toplandı - Hansı qərarlar verildi?
06 Mart 2020 Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
05 Mart 2020 "Yeni parlament həyata keçirilən islahatların tərkib hissəsi olacaq" - Əli Əhmədov
04 Mart 2020 İrandan qorxunc xəbər rəsmən təsdiqləndi: Koronovirus bütün ölkəni bürüdü
03 Mart 2020 Azərbaycanda nöqsanlara görə işdən çıxarılan vəzifəli şəxsin yerinə TƏYİNAT
02 Mart 2020 Ərdoğandan Rusiya və İrana çağırış: "Suriyada bizim sizinlə dərdimiz yoxdur"
26 Fevral 2020 Azərbaycan Ordusu koronavirusa görə hərəkətə keçdi -RƏSMİ
25 Fevral 2020 Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi
24 Fevral 2020 AZAL İrana uçuşları dayandırır? - RƏSMİ
21 Fevral 2020 Ərdoğanla Putinin həlledici telefon danışığı
19 Fevral 2020 "Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi" - PA-dan parlament seçkiləri ilə bağlı AÇIQLAMA
18 Fevral 2020 Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi
14 Fevral 2020 Prezident İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
13 Fevral 2020 İlham Əliyev: Seçkilərdə pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq