b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ilhamaliyev_5e42512ccb.jpg

"Bəzi beynəlxalq müşahidə missiyalarının mənfi rəyinə çoxdan öyrəşmişik".

“Bu seçkilər çox önəmli idi. Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin”.

Missiya.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Ölkə başçısı bildirib ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq:

“Həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi. Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər”.

Ölkə başçısı əlavə edib ki, seçkilərə böyük maraq olub:

“Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var”.

Dövlət başçısı beynəlxalq müşahidə missiyalarının rəyi barədə də danışıb:

“O ki qaldı, bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik.

Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, - bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur”.



31 Mart 2020 İrandan Dağlıq Qarabağda keçirilən seçkilərə REAKSİYA
27 Mart 2020 Azərbaycanda bu məhsullar ƏDV-dən azad edildi - FƏRMAN
18 Mart 2020 İcra başçılarına nəzarət gücləndirilir - Yeni qərar
16 Mart 2020 Azərbaycanda koronavirusa görə cərimələr tətbiq olunacaq - 5 min AZN
12 Mart 2020 Prezident nazir müavinini vəzifədən azad edib - SƏRƏNCAM
10 Mart 2020 Azərbaycan hökuməti neftə görə təcili toplandı - Hansı qərarlar verildi?
06 Mart 2020 Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
05 Mart 2020 "Yeni parlament həyata keçirilən islahatların tərkib hissəsi olacaq" - Əli Əhmədov
04 Mart 2020 İrandan qorxunc xəbər rəsmən təsdiqləndi: Koronovirus bütün ölkəni bürüdü
03 Mart 2020 Azərbaycanda nöqsanlara görə işdən çıxarılan vəzifəli şəxsin yerinə TƏYİNAT
02 Mart 2020 Ərdoğandan Rusiya və İrana çağırış: "Suriyada bizim sizinlə dərdimiz yoxdur"
26 Fevral 2020 Azərbaycan Ordusu koronavirusa görə hərəkətə keçdi -RƏSMİ
25 Fevral 2020 Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi
24 Fevral 2020 AZAL İrana uçuşları dayandırır? - RƏSMİ
21 Fevral 2020 Ərdoğanla Putinin həlledici telefon danışığı
19 Fevral 2020 "Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi" - PA-dan parlament seçkiləri ilə bağlı AÇIQLAMA
18 Fevral 2020 Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi
17 Fevral 2020 Namizədlərin şikayətləri niyə DSK-lara göndərilir? - MSK-dan AÇIQLAMA
14 Fevral 2020 Prezident İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
13 Fevral 2020 İlham Əliyev: Seçkilərdə pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq