b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_thumbs_b_c_9a1e08c90a0abff2ae742376b.jpg

“Türkiyənin Suriya məsələsində bundan sonrakı strategiyasını açıqlamaq istəyirəm. "Adana razılaşması" Türkiyəyə lazım gələrsə Suriya ərazisində əməliyyat keçirmək hüququ verir. Bəziləri "Suriya ərazisində nə işiniz var, sizi ora kim dəvət etdi?" deyirlər. ABŞ-ı da dəvət etmədilər. Amma bizim əlimizdə "Adana razılaşması" kimi sənəd var. "Türkiyənin Suriyada nə işi var" deyənlər ya qafildir, ya da bu millətin düşmənləridir”.

Missiya.Az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup toplantısında səsləndirib.

Onun sözlərinə görə, Türkiyə Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən uzaq durmaq üçün illərlə səbr etdi: "Rejimin hücumlarından qaçan suriyalı qardaşlarımıza qapılarımızı açmaqda tərəddüd etmədik. 2015-ci ildən etibarən Suriyadakı böhran tamamilə nəzarətdən çıxdı”, - o qeyd edib.

Ərdoğan ölkəsinin İdlibdə 8 şəhid verməsinə də toxunub: “Bu hücum Suriyanın yeni bir dönəminin başlanğıcıdır. Türkiyə əsgərinin qanının axdığı bir yerdə heç bir şeyin eyni vəziyyətdə davam etməsinə icazə verməyəcəyik”.

“Rusiyadan yeganə gözləntimiz Suriyadakı həssaslığımızı anlamasıdır. Dünən axşam Putinlə danışdım. Suriya və Liviyadakı gözləntilərimizi ona söylədim. Danışıqlardan sonra onunla görüşəcəyik. Suriyada ABŞ, Rusiya, İran və koalisiya adı altında bəzi Avropa ölkələri var. Suriyada bəzi Körfəz ölkələri da var. PKK terror təşkilatı, İŞİD-in qırıntıları da var. Suriyada hər kəs var. Əlbəttə, Türkiyə də olacaq!”, - dövlət başçısı vurğulayıb.



10 Avqust 2020 Azərbaycanda nazirlikdə yüksək vəzifəli şəxsləra işdən çıxarıldı
07 Avqust 2020 Serbiya silah məsələsinə görə Azərbaycana nümayəndə heyəti göndərir
06 Avqust 2020 Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı
05 Avqust 2020 Ermənistan niyə Tovuzda təxribat törətdi? - Politoloqun şərhi
04 Avqust 2020 İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzaladı
03 Avqust 2020 Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır?
29 İyul 2020 Putin Rusiyada koronavirusla bağlı vəziyyətin sakitləşdiyini açıqladı
27 İyul 2020 Yeni Təhsil nazirindən ilk açıqlama: "Həqiqətən də bu, böyük etimaddır"
24 İyul 2020 İlham Əliyevdən SƏRT XƏBƏRDARLIQ: Kimin imkanı, yüksək vəzifədə qohumu varsa...
22 İyul 2020 Ceyhun Bayramov Ermənistan təcavüzü ilə bağlı danışıqlarını davam etdirir
21 İyul 2020 Prezidentin köməkçisi Ermənistanın Tovuz təxribatlarının səbəbini açıqladı
20 İyul 2020 İranda Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda ittiham olunan şəxs edam edildi
17 İyul 2020 Prezidentin köməkçisi Paşinyanın sabiq diplomatik müşaviri ilə debatda - VİDEO
16 İyul 2020 Ermənistan ordusu məğlub durumda: Səfərbərlik başladı
15 İyul 2020 Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
14 İyul 2020 DTX-dan sosial şəbəkələrdə yayılan təxribatçı məlumatlarla bağlı - AÇIQLAMA
13 İyul 2020 Ermənilər daha bir istiqamətdə təxribata əl atdı - Ərazilər yandı - RƏSMİ
08 İyul 2020 Polislə yaşanan insidentlə bağlı RƏSMİ AÇIQLAMA
06 İyul 2020 İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO
01 İyul 2020 Fəttah Heydərov vətəndaşları karantin qaydalarına əməl etməyə çağırdı