b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dvddgfgfgfgfhghgh.jpg

“Bildiyiniz kimi, hazırda Şərq Tərəfdaşlığının gələcəyinə dair müzakirələr gedir. Bunun gələcək öncüllükləri ilə bağlı çox sayda maraqlı tərəflərin nöqteyi-nəzərini müəyyənləşdirmək üçün geniş və əhatəli mərhələli məsləhətləşmələri başa çatdırmışıq”.

Missiya.Az xəbər verir ki, bunu “Report”a Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Şərqi Tərəfdaşlıq və ATƏT departamentinin sədr müavini Radoslav Darski bildirib.

“Azərbaycan bu prosesdə yaxından iştirak edib. Biz Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı Bakıda xüsusi tədbir təşkil etdik, azərbaycanlı həmkarlarımız da bizə çox fəal şəkildə konkret təklif və fikirlər verirdilər. Əlbəttə ki, Azərbaycanın təkliflərinin konkret məğzini bir kəlmə ilə ifadə etmək mümkün deyil, çünki orada bütün maraqlı tərəflərin, yəni hökumətin, vətəndaş cəmiyyətin, elmi dairələrin, təhlil mərkəzlərinin rəyləri açıqlanır. Beləliklə, proqramın gələcəyinə dair bir çox konkret təkliflər almışıq. Azərbaycan doğrudan da bu prosesə cəlb olunub”, – diplomat hazırda həmin təkliflərin Aİ-də araşdırıldığını deyib.

“Fikrimcə, yaxın aylarda müəyyən konkret təkliflər verə biləcəyik. Yəqin ki, bu təkliflər yeni komissiyanın (Avropa Komissiyası – red.) öncüllüklərini əks edəcək. Məsləhətləşdiyimiz maraqlı tərəflər adətən Şərq Tərəfdaşlığın gələcək gündəminə dair səmərəli idarəçilik, qanunun aliliyi, söz azadlığı kimi bir neçə öncül məsələni sadalayırdılar. Digər tərəfdən iqtisadiyyat, ticarət, rabitə, gənclər, ətraf mühit kimi öncül məsələlərlə də bağlı başqa maraqlı tərəflərin artan marağını və gözləntilərini görmək mümkündür” – R.Darski diqqətə çatdırıb.

26 Fevral 2020 Azərbaycan Ordusu koronavirusa görə hərəkətə keçdi -RƏSMİ
25 Fevral 2020 Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi
24 Fevral 2020 AZAL İrana uçuşları dayandırır? - RƏSMİ
21 Fevral 2020 Ərdoğanla Putinin həlledici telefon danışığı
19 Fevral 2020 "Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi" - PA-dan parlament seçkiləri ilə bağlı AÇIQLAMA
18 Fevral 2020 Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi
17 Fevral 2020 Namizədlərin şikayətləri niyə DSK-lara göndərilir? - MSK-dan AÇIQLAMA
14 Fevral 2020 Prezident İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
13 Fevral 2020 İlham Əliyev: Seçkilərdə pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq
11 Fevral 2020 Prezident: "Bəzi beynəlxalq müşahidə missiyalarının mənfi rəyinə çoxdan öyrəşmişik"
10 Fevral 2020 Sədr müavini: “Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz”
07 Fevral 2020 ATƏT sədri Məmmədyarov-Mnatsakanyan görüşündən danışdı
05 Fevral 2020 Ərdoğan Türkiyənin Suriya ilə bağlı yeni strategiyasını açıqlayıb
04 Fevral 2020 İlham Əliyev: “Şəhər nəqliyyatı bərbad vəziyyətdədir”
03 Fevral 2020 Azərbaycanlı mütəxəssisdən Ermənistanın öyündüyü qırıcı ilə bağlı AÇIQLAMA
29 Yanvar 2020 “Koronavirus”un yayılma miqyası atipik pnevmoniyanı keçdi
27 Yanvar 2020 Azərbaycanda 6 nəfər korrupsiya faktına görə işdən çıxarılıb - RƏSMİ
24 Yanvar 2020 Prezident Davosda görüş keçirdi - FOTO
22 Yanvar 2020 ABŞ-dan gözlənilməz qərar: Bu ölkənin vətəndaşlarına qadağa
21 Yanvar 2020 İlham Əliyev İsveçrədə görüş keçirdi - FOTO