b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_gvgvcgfgfgfggghghhhgh.jpg
Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
 
Ərməğan yollasın yara, bayrağım!
(Əhməd Cavad)
 
 
Görkəmli istiqlalçı şair Əhməd Cavadın bir zamanlar bu misralarla qürbətdən oxşayıb əzizlədiyi, doğma yarına – Azərbaycanına ərməğan kimi yollamaq istədiyi üçrəngli bayraq bu gün bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə, milli-mənəvi kimliyinə, millətin siyasi vizit kartına, ölkə vətəndaşlarının qeyrət və dəyanət simvoluna çevrilib...
 
Hər bir ölkə kimi, Azərbaycanın da tarixi və dövlətçilik ənənələri onun dövlət rəmzlərində və atributlarında öz əksini tapır. Müstəqil dövlət olaraq, onun dünyada öz məxsusi dövlət rəmzləri – bayrağı, gerbi, himni mövcuddur. Üçrəngli bayrağımız hazırda bizim əsas dövlətçilik rəmzimiz olaraq xalqın müstəqillik və suverenlik iradəsini, milli azadlıq və istiqlal arzularını özündə əks etdirir və Azərbaycanın müstəqilliyinin simvolu kimi çıxış edir.
 
Məlum olduğu kimi, üçrəngli dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra yeni qurulan hökumət bu bayraqdan imtina etmişdir. İkinci dəfə üçrəngli dövlət bayrağı 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında Məclisin qərarı ilə bərpa olunmuş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Həmin sessiyada Muxtar Respublika Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında "üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında” vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və "üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi” haqqında qərar vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucu lideri, ulu öndər Heydər Əliyev bayrağımızı və digər dövlət rəmzlərimizi həmişə yüksək tutaraq, onları xalqımızın, dövlətimizin müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin simvolu kimi dəyərləndirmişdir. Ümummilli lider söyləyirdi ki, "biz dövlət rəmzlərimizi – himnimizi, bayrağımızı, gerbimizi özümüz qədər sevməliyik, çünki onlar bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzləridir”.
 
Milli dövlət və istiqlal rəmzlərimizə hədsiz sevgi nümayiş etdirən Prezident İlham Əliyev ümummilli liderin siyasi kursuna sadiq qalaraq dövlət suverenliyinin rəmzləri sayılan bayrağımızı, gerbimizi və himnimizi həmişə yüksək tutmuş, onların təbliği ilə bağlı xüsusi tədbirlər həyata keçirmişdir. 2007-ci il noyabrın 17-də Prezidentin imzaladığı sərəncamla Bakı şəhərində Dövlət Bayrağı Meydanı təsis edilmiş, 17 noyabr 2009-cu il tarixli Fərmanı ilə hər il noyabr ayının 9-u Azərbaycanda "Milli Bayraq Günü” kimi rəsmi bayram olaraq qeyd olunmağa başlanmışdır. Şəxsən ölkə başçısının və rəhbərlik etdiyi hökumətin dövlət rəmzlərinə, rəsmi atributlara, suverenlik göstəricilərinə bu cür ehtiramla yanaşması, əlbəttə, müvafiq olaraq bütün Azərbaycan cəmiyyətinin, xarici ölkələrdə yaşayan soydaşlarımızın da dövlətçilik simvollarına sevgisini daha da artırmış, hər bir azərbaycanlıda öz dövləti ilə bağlı qürur hissini yüksəltmiş, xalqla dövlət arasındakı vəhdəti daha da gücləndirmişdir. Xüsusən, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimindəki nitqində Prezident İlham Əliyevin səsləndirdiyi: "Bayrağımız bizim qürur mənbəyimizdir, bayrağımız bizim canımızdır və ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”- kimi duyğusal fikirlər hər bir azərbaycanlının və bütün soydaşlarımızın qəlbini riqqətə gətirmişdir.
 
Dövlət rəmzlərinə, xüsusən də bayrağımıza Azərbaycanda həmişə müqəddəs atribut kimi yanaşılmışdır. 2010-cu ildən başlayaraq Milli Bayraq Gününün ayrıca bayram kimi qeyd edilməsi ölkə başçısının və vətəndaşlarımızın öz dövlətçiliyinə və suverenliyinə, dövlət rəmzlərinə və müstəqillik simvollarına yüksək münasibətinin əyani təzahürüdür. İnsanlarımız Milli Bayraq Gününü millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus milli-mənəvi dəyərlərə malik olmasının təcəssümü kimi dəyərləndirir, bayrağımızı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin, dünya azərbaycanlılarının mənəvi birliyinin, doğma Vətənlə vahidliyinin simvolu kimi qəbul edirlər.
 
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor


10 Avqust 2020 Azərbaycanda nazirlikdə yüksək vəzifəli şəxsləra işdən çıxarıldı
07 Avqust 2020 Serbiya silah məsələsinə görə Azərbaycana nümayəndə heyəti göndərir
06 Avqust 2020 Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı
05 Avqust 2020 Ermənistan niyə Tovuzda təxribat törətdi? - Politoloqun şərhi
04 Avqust 2020 İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzaladı
03 Avqust 2020 Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır?
29 İyul 2020 Putin Rusiyada koronavirusla bağlı vəziyyətin sakitləşdiyini açıqladı
27 İyul 2020 Yeni Təhsil nazirindən ilk açıqlama: "Həqiqətən də bu, böyük etimaddır"
24 İyul 2020 İlham Əliyevdən SƏRT XƏBƏRDARLIQ: Kimin imkanı, yüksək vəzifədə qohumu varsa...
22 İyul 2020 Ceyhun Bayramov Ermənistan təcavüzü ilə bağlı danışıqlarını davam etdirir
21 İyul 2020 Prezidentin köməkçisi Ermənistanın Tovuz təxribatlarının səbəbini açıqladı
20 İyul 2020 İranda Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda ittiham olunan şəxs edam edildi
17 İyul 2020 Prezidentin köməkçisi Paşinyanın sabiq diplomatik müşaviri ilə debatda - VİDEO
16 İyul 2020 Ermənistan ordusu məğlub durumda: Səfərbərlik başladı
15 İyul 2020 Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
14 İyul 2020 DTX-dan sosial şəbəkələrdə yayılan təxribatçı məlumatlarla bağlı - AÇIQLAMA
13 İyul 2020 Ermənilər daha bir istiqamətdə təxribata əl atdı - Ərazilər yandı - RƏSMİ
08 İyul 2020 Polislə yaşanan insidentlə bağlı RƏSMİ AÇIQLAMA
06 İyul 2020 İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO
01 İyul 2020 Fəttah Heydərov vətəndaşları karantin qaydalarına əməl etməyə çağırdı