b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_xxcxccxcvcvcccv.jpg

İordaniyanın "Petra" dövlət informasiya agentliyində, aparıcı "Əd-Dustur" və "Ər-Ray" qəzetlərində, eləcə də www.orobanews.comwww.nayrouz.com kimi xəbər portallarında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqqında məqalə yayılıb.

Missiya.Az xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Mehriban Əliyevanın həyatı, çoxşaxəli fəaliyyətinə nəzər salınır. Oxuculara məlumat verilir ki, Azərbaycanın birinci xanımı müxtəlif təşəbbüslər vasitəsilə xalqın geniş təbəqəsinin, xüsusilə də qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlərin həllinə nail olur, onlar üçün firavan yaşayışın təmin olunmasında böyük rol oynayır. Heydər Əliyev Fondunun xətti ilə yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, eləcə də talassemiya mərkəzi tikilib. Mehriban xanımın diqqət dairəsində uşaqlarla yanaşı, ahıllar və şəhid ailələri də dayanır.

Heydər Əliyev Fondunun Azərbaycanın musiqi mədəniyyətinin, xüsusilə mənsub olduğu xalqın milli musiqi növü olan muğamın təşviqində əvəzsiz xidmətlər göstərdiyi, paytaxt Bakıda Muğam Mərkəzi inşa etdirdiyi, muğam janrının bir çox ölkələrdə təbliğinə və tanıdılmasına müvəffəq olduğu məqalədə öz əksini tapır. Fondun dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış və perspektivli musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verdiyi, yaradıldığı gündən bəri dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynadığı, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına müstəsna töhfələr verdiyi vurğulanır.

Məqalədə Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdəki Luvr Muzeyində İslam incəsənəti bölməsinin yaradıldığı, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpa işlərinin həyata keçirildiyi qeyd edilir. Roma şəhərində yerləşən Kapitolini Muzeyində filosoflar zalının bərpası Fondun bu sahədə ən mühüm nailiyyətlərindən biri hesab edildiyi oxucuların diqqətinə çatdırılır. Həmçinin dünyanın müxtəlif ölkələrində baş verən təbii fəlakətlərin qurbanlarının da Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalmadığı önə çəkilir və bu yöndə təqdim edilən humanitar yardımlar yada salınır.

Azərbaycan şifahi xalq ədəbiyyatının, milli irsinin, mədəniyyət və musiqisinin qorunması və inkişafında göstərdiyi səylərin nəticəsi olaraq birinci xanımın 2004-cü ildə YUNESKO-nun, İslam dünyasının müxtəlif sahələrində xidmətlərinin nəticəsi olaraq 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi barədə oxuculara məlumat verilir.

Məqalədə Mehriban Əliyevanın Azərbaycanın idman ölkəsi kimi tanıdılması istiqamətindəki dəyərli töhfələrinə də geniş yer ayrılır. Xüsusilə qeyd edilir ki, onun yorulmaz əməyi nəticəsində Azərbaycan 2015-ci ildə birinci Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, bədii gimnastika üzrə beynəlxalq kubok yarışına müvəffəqiyyətlə ev sahibliyi edib. Bundan başqa, "Avroviziya" mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsində də birinci xanımın səyləri məqalədə qeyd olunur.

Diqqətə çatdırılır ki, Mehriban xanım Əliyeva gördüyü işlərə görə bir çox ölkələrin və beynəlxalq təşkilatların müxtəlif orden və medallarına layiq görülüb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1567408259557685278_1000x669.jpg

 



 

 

20 Sentyabr 2019 İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edib
19 Sentyabr 2019 Donald Tramp ABŞ kəşfiyyatını hiddətləndirən hərəkət edib
18 Sentyabr 2019 Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
17 Sentyabr 2019 "Tərbiyəsi olmayanlar virtual müxalifətin “siyasi qəhrəmanları”na çevrilib" - Əli Əhmədov
16 Sentyabr 2019 lham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
13 Sentyabr 2019 Hakim partiya bələdiyyə seçkilərinə hazırlığa start verdi
12 Sentyabr 2019 Əli Həsənov: “Bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”
11 Sentyabr 2019 Əli Əhmədov: "Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir"
10 Sentyabr 2019 Putin Əsəddən borcunu ödəməyi tələb edib?- Açıqlama
09 Sentyabr 2019 "Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir" - Əli Həsənov
06 Sentyabr 2019 İlham Əliyev: Risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır
04 Sentyabr 2019 Vüqar Səfərli: İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək
03 Sentyabr 2019 Siyavuş Novruzov: "İlham Əliyevin səhhətində heç bir problem yoxdur"
30 Avqust 2019 Ərdoğanın bu mesajı Rusiyanı narahat etdi
29 Avqust 2019 Bakı dünyanın ən təhlükəsiz 50 şəhərindən biridir - REYTİNQ
28 Avqust 2019 "Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməlidir" - Əli Həsənov
27 Avqust 2019 Türkiyə prezidenti Rusiyada səfərdədir
23 Avqust 2019 Azərbaycan qondarma DQR-in hesabatı ilə bağlı BMT-də məktub yaymağa hazırlaşır
22 Avqust 2019 Əli Həsənov: "Hamı Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi"
21 Avqust 2019 "Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm"- Allahşükür Paşazadə