b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fghgjttyytythghghggh.jpg
"Azərbaycan müstəqillik əldə edərkən kənar qüvvələr, qonşu və uzaq dövlətlər, burada geosiyasi, geoiqtisadi, hərbi strateji maraqları olan dairələr üçün kifayət qədər maraqlı obyekt idi və hamı burada özünün koloniyasını yaratmaq istəyirdi".
 
Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunan tədbirdə deyib.
 
Ə.Həsənov bildirib ki, Şeyx həzrətləri Azərbaycanın dini-mənəvi həyatında özünəməxsus nümunələr yaradıb: "O nümunələrdən biri Azərbaycanda bugünkü islam modelidir. İslam dininin normaları var ki, onlara toxunmaq, pozmaq olmaz və bu normalar olduğu kimi tətbiq olunmalıdır".
 
Prezidentin köməkçisi vurğulayıb ki, Hacı Allahşükür Paşazadədən danışanda onun şeyxülislamlıq fəaliyyətinin mövcud nəticələrinə dəyər verilməlidir: "Azərbaycan müstəqillik əldə edərkən Şeyxülislam ümummilli lider Heydər Əliyevin yürütdüyü müstəqil dövlətçilik siyasətinə dəstək verərək milli-mənəvi birlik modelini ortaya qoydu, onun əsas mexanizmlərini və dövlətin maraqlarına uyğun metod və vasitələrini işləyib hazırladı, bu modeli kənar təsirlərdən qorudu. Şeyxülislamlıq fəaliyyətinin müstəqillik dövründəki əsas yekunu budur. Bu gün Azərbaycanın dini adət-ənənələri, inanclı insanların davranış normaları, islami tələblərin yerinə yetirilməsi bizim milli modelimizə tam uyğundur ki, onun da təməlində məhz Şeyxülislam Hacı Allahşükür Paşazadə dayanır".
18 Fevral 2020 Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi
17 Fevral 2020 Namizədlərin şikayətləri niyə DSK-lara göndərilir? - MSK-dan AÇIQLAMA
14 Fevral 2020 Prezident İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
13 Fevral 2020 İlham Əliyev: Seçkilərdə pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq
11 Fevral 2020 Prezident: "Bəzi beynəlxalq müşahidə missiyalarının mənfi rəyinə çoxdan öyrəşmişik"
10 Fevral 2020 Sədr müavini: “Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz”
07 Fevral 2020 ATƏT sədri Məmmədyarov-Mnatsakanyan görüşündən danışdı
05 Fevral 2020 Ərdoğan Türkiyənin Suriya ilə bağlı yeni strategiyasını açıqlayıb
04 Fevral 2020 İlham Əliyev: “Şəhər nəqliyyatı bərbad vəziyyətdədir”
03 Fevral 2020 Azərbaycanlı mütəxəssisdən Ermənistanın öyündüyü qırıcı ilə bağlı AÇIQLAMA
29 Yanvar 2020 “Koronavirus”un yayılma miqyası atipik pnevmoniyanı keçdi
27 Yanvar 2020 Azərbaycanda 6 nəfər korrupsiya faktına görə işdən çıxarılıb - RƏSMİ
24 Yanvar 2020 Prezident Davosda görüş keçirdi - FOTO
22 Yanvar 2020 ABŞ-dan gözlənilməz qərar: Bu ölkənin vətəndaşlarına qadağa
21 Yanvar 2020 İlham Əliyev İsveçrədə görüş keçirdi - FOTO
20 Yanvar 2020 İran Körfəzdə Küveytə məxsus üç gəmini saxlayıb
17 Yanvar 2020 Bu şəxslərə birdəfəlik maddi yardım ayrıldı
15 Yanvar 2020 Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir
13 Yanvar 2020 Deputatlığa namizədlərə pul veriləcəkmi? – Rəsmi
08 Yanvar 2020 Xamenei ABŞ bazalarına hücuma şəxsən rəhbərlik edib - FOTO