b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_vgghjhjgghjhghg.jpg
“Ermənistan üçün xarici siyasətdə dəhliz fövqəladə halda daraldı”.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Ermənistanın səsi” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bir gecə içində siyasi oriyentasiyasını dəyişən hakimiyyət üçün vəziyyət ağırlaşır: “Səmimiyyəti təqlid edirlər ki, bu da həmişə alınmır. Burada siyasi riyakarlıq ortaya çıxır, nəticədə tərəfdalarla münasibətlər pozulur”.

Koçaryan hesab edir ki, Ermənistan üçün geosiyasi vəziyyət çətinləşib.

“ABŞ-İran münasibətləri, gürcü iqtisadiyyatında yeni çətinliklər və Türkiyə-Azərbaycan amilinin artması Ermənistan və Qarabağ üçün gələcək çağırışları özündə saxlayır. Bizim ölkəmiz bu çağırışlara qarşı durmağa hazırdırmı, yoxsa biz inkişaf imkanını qəti şəkildə itirə bilərik. Məsələni düzgün qoymalıyıq. Regionumuzun nüfuzlu oyunçusu olmaq Ermənistana lazımdır? Biz nə ilə maraqlanmalıyıq, qonşularımızdan üstün cəhətlərimiz nədir, problemlərimiz haradadır? Bu məsələlərin dürüst cavabı arzuolunmazdır. Biz dörd ölkənin arasında sıxılıb qalmışıq. Bizim Türkiyə və Azərbaycanla münasibətlərimiz yaranmadı, İran ABŞ-ın sanksiyalarına məruz qalır. Gürcüstan Ermənistana zidd olan geosiyasi ittifaqa fəal meyil edir. Ermənistanda demoqrafik vəziyyət pisləşir, əhali qocalır. Türkiyə və Azərbaycanla münasibətlərin problemli olması bizim regional imkanlarımızı azaldır. Digər tərəfdən, təbii resursların kasadlığı bizim ölkəyə transmilli şirkətlərin marağını öldürür”, - deyə o bildirib.
13 Sentyabr 2019 Hakim partiya bələdiyyə seçkilərinə hazırlığa start verdi
12 Sentyabr 2019 Əli Həsənov: “Bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”
11 Sentyabr 2019 Əli Əhmədov: "Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir"
10 Sentyabr 2019 Putin Əsəddən borcunu ödəməyi tələb edib?- Açıqlama
09 Sentyabr 2019 "Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir" - Əli Həsənov
06 Sentyabr 2019 İlham Əliyev: Risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır
04 Sentyabr 2019 Vüqar Səfərli: İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək
03 Sentyabr 2019 Siyavuş Novruzov: "İlham Əliyevin səhhətində heç bir problem yoxdur"
02 Sentyabr 2019 İordaniya mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı - FOTO
30 Avqust 2019 Ərdoğanın bu mesajı Rusiyanı narahat etdi
29 Avqust 2019 Bakı dünyanın ən təhlükəsiz 50 şəhərindən biridir - REYTİNQ
28 Avqust 2019 "Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməlidir" - Əli Həsənov
27 Avqust 2019 Türkiyə prezidenti Rusiyada səfərdədir
23 Avqust 2019 Azərbaycan qondarma DQR-in hesabatı ilə bağlı BMT-də məktub yaymağa hazırlaşır
22 Avqust 2019 Əli Həsənov: "Hamı Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi"
21 Avqust 2019 "Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm"- Allahşükür Paşazadə
19 Avqust 2019 Əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
16 Avqust 2019 Ermənilər Naxçıvanda təxribat törətdi - əsgərimiz yaralandı
14 Avqust 2019 Siyavuş Novruzov: DSX-nın Ermənistanla sərhəddə yeni əraziləri nəzarətə götürməsi başlanmış prosesin davamıdır
09 Avqust 2019 Pentaqondan Trampı təkzib edən ŞOK açıqlama: “İŞİD yenidən canlanmağa başlayıb”