b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ddfdfdfddfdf225681.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Missiya.Az xəbər verir ki, Fransaya ötənilki uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Fransa Prezidenti Emmanuel Makron ilə keçirilən səmərəli müzakirələri Azərbaycanla Fransa arasında tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edən amil kimi dəyərləndirib. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Dövlətimizin başçısı fransız şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev investisiya sahəsində də yaxşı əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib və bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer, ilk növbədə, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarını dövlətimizin başçısına çatdırıb. Brüno Lö Mer Bakının abadlığının və inkişafının onlarda xoş təəssürat doğurduğunu vurğulayıb. O, Fransa tərəfinin Azərbaycanla siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulanıb, münaqişənin nizama salınması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Görüşdə neft, qaz, nəqliyyat, infrastruktur, ekologiya və digər sahələrdə əməkdaşlıq və görüləcək işlər müzakirə edilib.

Dövlətimizin başçısı Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş edib.

18 Sentyabr 2019 Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
17 Sentyabr 2019 "Tərbiyəsi olmayanlar virtual müxalifətin “siyasi qəhrəmanları”na çevrilib" - Əli Əhmədov
16 Sentyabr 2019 lham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
13 Sentyabr 2019 Hakim partiya bələdiyyə seçkilərinə hazırlığa start verdi
12 Sentyabr 2019 Əli Həsənov: “Bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”
11 Sentyabr 2019 Əli Əhmədov: "Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir"
10 Sentyabr 2019 Putin Əsəddən borcunu ödəməyi tələb edib?- Açıqlama
09 Sentyabr 2019 "Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir" - Əli Həsənov
06 Sentyabr 2019 İlham Əliyev: Risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır
04 Sentyabr 2019 Vüqar Səfərli: İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək
03 Sentyabr 2019 Siyavuş Novruzov: "İlham Əliyevin səhhətində heç bir problem yoxdur"
02 Sentyabr 2019 İordaniya mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı - FOTO
30 Avqust 2019 Ərdoğanın bu mesajı Rusiyanı narahat etdi
29 Avqust 2019 Bakı dünyanın ən təhlükəsiz 50 şəhərindən biridir - REYTİNQ
28 Avqust 2019 "Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməlidir" - Əli Həsənov
27 Avqust 2019 Türkiyə prezidenti Rusiyada səfərdədir
23 Avqust 2019 Azərbaycan qondarma DQR-in hesabatı ilə bağlı BMT-də məktub yaymağa hazırlaşır
22 Avqust 2019 Əli Həsənov: "Hamı Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi"
21 Avqust 2019 "Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm"- Allahşükür Paşazadə
19 Avqust 2019 Əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi