b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_gddgfgvgdff.jpg

ABŞ və Çin bu həftə Yaponiyada baş tutacaq G20 sammitində ticarət müharibəsini başa çatdırmaq məsələsində irəliləyiş əldə edə bilməsə, dünya iqtisadiyyatı durğunluğa sürüklənəcək.

Missiya.Az xəbər verir ki, bu iddia dünyanın ən böyük maliyyə qruplarından olan İsveçrə mərkəzli UBS bankı tərəfindən qaldırılıb.

UBS Qlobal İqtisadi Araşdırmalar Mərkəzinin prezidenti Arend Kapteyn bankın müştərilərinə göndərdiyi qeyddə iki ölkənin razılaşma əldə edə bilməməsi və bir-birilərinə yeni gömrük rüsumları tətbiq etmələri təqdirində qlobal iqtisadi inkişaf və bazar şərtləri ilə bağlı gözləntilərin boşa çıxacağını yazıb: “Belə bir ssenari ilə qlobal inkişafın qarşımızdakı illərdə təxminən, 75 bal aşağı düşəcəyini və iqtisadi çərçivənin 1980-ci illərdəki Neft Çöküşü, 1990-cı illərdki Tekila Böhranı və ya 2010-cu illərdəki Avro Bölgəsi Böhranı kimi qlobal çöküşə çevriləcəyini təxmin edirik”.

A.Kapteyn qeyd edib ki, Osakada baş tutacaq iqtisadi sammitdə nəticələr xoşagəlməz olarsa, bunun mənfi təsirləri həmin anda hiss olunmayacaq. Prezidentin fikrincə, növbəti rüblərdə bahalaşan qiymətlərin tələbi və inkişafı aşağı salması ilə mənfi təsirlər getdikcə səviyyəsini artıracaq. Qarşıdakı 1,5 il içində ABŞ-ın milli gəlirləri 1,0%, Çinin 1,2% və Avropanın 0,74% azalacaq.

Bir çox iqtisadçı may ayında birjalarda yaşanan kəskin enmələri gərginliyi artan ticarət savaşları ilə əlaqələndirmişdi. Birjalarda itkilər ABŞ prezidenti Donald Trampın 5 mayda yazdığı tvit ilə - 200 milyard dollar dəyərində Çin məhsullarına 25% əlavə gömrük vergisi qoyduqlarını, 300 milyard dollarlıq Çin mallarına isə əlavə olaraq 25% gömrük rüsumu qoymağa hazırlaşdıqları açıqlamasından sonra baş vermişdi.

A.Kapteyn yeni gömrük rüsumlarının tətbiqi təqdirində başda inkişaf etməkdə olan ölkələr olmaqla, dünya birjalarının 0,20% dəyərini itirə biləcəyini vurğulayıb. Bildirib ki, ticarət savaşları davam etsə, ABŞ Mərkəzi Bankı (FED) iyul ayında gözlənilən 50 ballıq faiz endirimi ilə yanaşı, daha 100 bal faiz endirmək məcburiyyətində qalacaq. Digər böyük mərkəzi banklar da FED-in izi ilə gedərək endirimə məcbur olacaq. Yeni gömrük rüsumları ilə Çində iqtisadi böyümə 6%-ə düşəcək. Siyasilər məhdud təşviqat proqramını işə salanda, böyük ehtimal, sərmayəçilər artıq (mərkəzi bankların böhranlarına qarşı) əllərində daha çox alternativ olmadığına görə təşvişə düşməyə başlayacaq.

Qeyd edək ki, G20 sammiti 28-29 iyunda Yapopniyanın Osaka şəhərində baş tutacaq.

19 Sentyabr 2019 Donald Tramp ABŞ kəşfiyyatını hiddətləndirən hərəkət edib
18 Sentyabr 2019 Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
17 Sentyabr 2019 "Tərbiyəsi olmayanlar virtual müxalifətin “siyasi qəhrəmanları”na çevrilib" - Əli Əhmədov
16 Sentyabr 2019 lham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
13 Sentyabr 2019 Hakim partiya bələdiyyə seçkilərinə hazırlığa start verdi
12 Sentyabr 2019 Əli Həsənov: “Bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”
11 Sentyabr 2019 Əli Əhmədov: "Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir"
10 Sentyabr 2019 Putin Əsəddən borcunu ödəməyi tələb edib?- Açıqlama
09 Sentyabr 2019 "Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir" - Əli Həsənov
06 Sentyabr 2019 İlham Əliyev: Risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır
04 Sentyabr 2019 Vüqar Səfərli: İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək
03 Sentyabr 2019 Siyavuş Novruzov: "İlham Əliyevin səhhətində heç bir problem yoxdur"
02 Sentyabr 2019 İordaniya mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı - FOTO
30 Avqust 2019 Ərdoğanın bu mesajı Rusiyanı narahat etdi
29 Avqust 2019 Bakı dünyanın ən təhlükəsiz 50 şəhərindən biridir - REYTİNQ
28 Avqust 2019 "Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməlidir" - Əli Həsənov
27 Avqust 2019 Türkiyə prezidenti Rusiyada səfərdədir
23 Avqust 2019 Azərbaycan qondarma DQR-in hesabatı ilə bağlı BMT-də məktub yaymağa hazırlaşır
22 Avqust 2019 Əli Həsənov: "Hamı Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi"
21 Avqust 2019 "Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm"- Allahşükür Paşazadə