b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_hjhjhjhjhjhjhj.jpg

ABŞ prezidenti Donald Tramp İrana sanksiya tətbiq etməyi dayandırmasa, bu durum ölkəni yeni müharibəyə sürükləyəcək.

Missiya.Az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Nyu-York Tayms” nəşri çıxış edib.

Nəşrin “Tramp İrana daha çox sanksiya tətbiq etmək istəyir. Bu, bizi müharibəyə sürükləyə bilər” başlıqlı analizinə görə, prezident rəsmi Tehranın bu duruma səssiz qalmasından güc alır: “Tramp ötən il Livanın Hizbullah təşkilatına gedən maliyyə yardımını kəsmək üçün İran neftinə sanksiya tətbiq edib Çin, Hindistan, Türkiyə, Cənubi Koreya və Yaponiya kimi böyük alıcı ölkələri bu məsələdən kənarda saxladı. Lakin indi sözügedən ölkələrə İrandan neft idxal etmələrini dayandırmaq üçün təzyiq göstərməyə başlayıb. Tramp hökuməti İsrail və müttəfiqləri adına bölgədəki fəaliyyətinə görə İranı cəzalandırmaq istəyir. Nüvə proqramına görə, təxribatçı sanksiyalar tətbiq etmək İranı yenidən uranın zənginləşdirməsinə və amerikalılara qarşı hücuma məcbur edə bilər. ABŞ da beləliklə, Donald Trampın qarşısını almağa çalışdığı yeni Yaxın Şərq savaşına çəkilə bilər” məqalədə qeyd olunub.

Həmçinin bildirilib ki, rəsmi Tehran 2020-ci ildə keçiriləcək prezident seçkilərində Donald Trampın yenidən prezident seçilməməsi ümidilə ABŞ-ın sanksiyalarına cavab verməmək üçün 18 ay gözləyə də bilər: “O zaman Donald Trampın iki seçimi olacaq: ya İranın sərt cavablarını gözardı etmək, ya da cavab verərək yeni savaş açmaq. Lakin burada hərbi müdaxilədən söhbət getmir. Tramp hökumətinin nəzərə aldığını düşünmədiyimiz şey qarşıdurmanın ehtimal edilməsidir. Çünki ABŞ İrana məhdud seçimlər verir. ABŞ-ın dövlət katibi Mayk Pompeo hökumətin müzakirələrə açıq olduğunu bildirərkən Tehran mövcud xarici siyasətindən tamamilə imtina etməsini tələb edən şərtlər siyahısı təqdim edir. Bu siyahıda iranın nüvə başlıqlı raket istehsalından İsrailə qarşı düşmən münasibətdən imtina etməsinə qədər tələblər yer alıb”.

26 Fevral 2020 Azərbaycan Ordusu koronavirusa görə hərəkətə keçdi -RƏSMİ
25 Fevral 2020 Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi
24 Fevral 2020 AZAL İrana uçuşları dayandırır? - RƏSMİ
21 Fevral 2020 Ərdoğanla Putinin həlledici telefon danışığı
19 Fevral 2020 "Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi" - PA-dan parlament seçkiləri ilə bağlı AÇIQLAMA
18 Fevral 2020 Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi
17 Fevral 2020 Namizədlərin şikayətləri niyə DSK-lara göndərilir? - MSK-dan AÇIQLAMA
14 Fevral 2020 Prezident İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
13 Fevral 2020 İlham Əliyev: Seçkilərdə pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq
11 Fevral 2020 Prezident: "Bəzi beynəlxalq müşahidə missiyalarının mənfi rəyinə çoxdan öyrəşmişik"
10 Fevral 2020 Sədr müavini: “Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz”
07 Fevral 2020 ATƏT sədri Məmmədyarov-Mnatsakanyan görüşündən danışdı
05 Fevral 2020 Ərdoğan Türkiyənin Suriya ilə bağlı yeni strategiyasını açıqlayıb
04 Fevral 2020 İlham Əliyev: “Şəhər nəqliyyatı bərbad vəziyyətdədir”
03 Fevral 2020 Azərbaycanlı mütəxəssisdən Ermənistanın öyündüyü qırıcı ilə bağlı AÇIQLAMA
29 Yanvar 2020 “Koronavirus”un yayılma miqyası atipik pnevmoniyanı keçdi
27 Yanvar 2020 Azərbaycanda 6 nəfər korrupsiya faktına görə işdən çıxarılıb - RƏSMİ
24 Yanvar 2020 Prezident Davosda görüş keçirdi - FOTO
22 Yanvar 2020 ABŞ-dan gözlənilməz qərar: Bu ölkənin vətəndaşlarına qadağa
21 Yanvar 2020 İlham Əliyev İsveçrədə görüş keçirdi - FOTO