b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1582286062_thumbnail_1fgfg.jpg
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.
 
Missiya.Az xəbər verir ki, Baş İdarəyə Elcan adlı şəxsin evində qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan, həmin ölkənin vətəndaşı Elcan Cəfərov paytaxtın Xətai rayonu ərazisində tutulub. Onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 ədəd nömrəsi silinmiş "Makarov” markalı tapança, 1ədəd "F-1” qumbarası, 32 ədəd partron, habelə 8,895 qram narkotik vasitə heroin və 4,403 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb.
 
Araşdırma zamanı E.Cəfərovun cinayətkar mühitə meyilli şəxs olduğu və əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edildiyi məlum olub. E.Cəfərov Gürcüstanda ağır cinayət törətdiyi üçün bir müddət imiş ki, Bakı şəhərində gizlənirmiş.
 
Daha bir tədbir zamanı Balakən rayon sakini əvvəllər məhkum olunmuş Əli Muğumov Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində tutulub. Onun qəsəbə ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd "Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 16 ədəd patron aşkar edilərək götürülüb.
 
E.Cəfərov və Ə.Muğumov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1582286116_thumbnail_4.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1582286045_gurcu.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1582286038_thumbnail_eli-muumov.jpg
 


23 Mart 2020 Azərbaycanda DSK sədrinin polis işləyən oğlu bıçaqlandı
21 Mart 2020 Vilayət Eyvazov Salyana yeni rəis təyin etdi
11 Mart 2020 DTX Gömrük Komitəsinin vəzifəli əməkdaşlarını həbs edib - RƏSMİ
06 Mart 2020 Elçiliyə gedən ailə qəzaya düşdü - 3 ölü, 3 yaralı
05 Mart 2020 Bakıda əməliyyat: 26 nəfər tutuldu
04 Mart 2020 Oğrular Sumqayıt-Bakı qatarının hərəkətində problemlər yaratdı - RƏSMİ
03 Mart 2020 Bakıda dəhşətli qəzada maşın 3 hissəyə bölündü - ölənlər və yaralananlar var - VİDEO
02 Mart 2020 Bakıda külək adam öldürdü – TƏFƏRRÜAT
27 Fevral 2020 Göygöldə faciə: 60 yaşlı kişi oğlunun əməlindən utanıb özünü asdı
26 Fevral 2020 Masallı rayonunda xərçəng xəstəsi olan qadın intihar edib
25 Fevral 2020 Bakıda dəhşət: Polis qardaşı tərəfindən qətlə yetirildi
18 Fevral 2020 Azərbaycanda bank rəhbərinin oğlunun ölümündə ŞOK DETAL - Anası günahkardır
17 Fevral 2020 Polisdən əhaliyə müraciət: FOTOLARA DİQQƏT!
13 Fevral 2020 Oğlunu öldürüb, polisə təslim oldu - Ağcabədidə qətl - VİDEO
12 Fevral 2020 Azərbaycanda ana azyaşlı oğlunu şişlə yandırdı
11 Fevral 2020 Azərbaycanda güclü yanğın: Ölən və yaralılar var
07 Fevral 2020 Həkim özünü aptekdə asıb - RƏSMİ AÇIQLAMA
06 Fevral 2020 Qazaxda şagird məktəb yoldaşını bıçaqladı - Dərs vaxtı QANLI İNSİDENT
03 Fevral 2020 Dövlətə xəyanətdə suçlanan jurnalist MƏHKƏMƏ QARŞISINDA
30 Yanvar 2020 Əri tərəfindən öldürülən 16 yaşlı gəlinin cinayəti ilə bağlı FAKTLAR - VİDEO