b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1577447527_06b1e4ed-4ecf-4fed-a05d-50bfdc210c89.jpg

Bakıda “kimyagər” narkobaron saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Binəqədi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Vasif Cavadov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkum olunmuş Elvin Süleymanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq heroin, Nəsimi rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə 2 kiloqram 600 qram heroin, 256 qrama yaxın tiryək, 99 qramdan artıq metamfetamin, 3 ədəd elektron tərəzi və 150 min İran İslam Rrspublikası rialı aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Süleymanovun ərtafında araşdırma aparılan zaman onun müxtəlif kimyəvi məhlullardan sintetik tərkibli narkotik maddələr hazırladığı da məlum olub. Onun külli miqdarda narkotik vasitələri əvvəldən tanıdığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından aldığı müəyyən edilib.

Faktla bağlı saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.



23 Mart 2020 Azərbaycanda DSK sədrinin polis işləyən oğlu bıçaqlandı
21 Mart 2020 Vilayət Eyvazov Salyana yeni rəis təyin etdi
11 Mart 2020 DTX Gömrük Komitəsinin vəzifəli əməkdaşlarını həbs edib - RƏSMİ
06 Mart 2020 Elçiliyə gedən ailə qəzaya düşdü - 3 ölü, 3 yaralı
05 Mart 2020 Bakıda əməliyyat: 26 nəfər tutuldu
04 Mart 2020 Oğrular Sumqayıt-Bakı qatarının hərəkətində problemlər yaratdı - RƏSMİ
03 Mart 2020 Bakıda dəhşətli qəzada maşın 3 hissəyə bölündü - ölənlər və yaralananlar var - VİDEO
02 Mart 2020 Bakıda külək adam öldürdü – TƏFƏRRÜAT
27 Fevral 2020 Göygöldə faciə: 60 yaşlı kişi oğlunun əməlindən utanıb özünü asdı
26 Fevral 2020 Masallı rayonunda xərçəng xəstəsi olan qadın intihar edib
25 Fevral 2020 Bakıda dəhşət: Polis qardaşı tərəfindən qətlə yetirildi
21 Fevral 2020 “Bandotdel” Gürcüstanda ağır cinayət törədib Bakıda gizlənən şəxsi tutdu - FOTO
18 Fevral 2020 Azərbaycanda bank rəhbərinin oğlunun ölümündə ŞOK DETAL - Anası günahkardır
17 Fevral 2020 Polisdən əhaliyə müraciət: FOTOLARA DİQQƏT!
13 Fevral 2020 Oğlunu öldürüb, polisə təslim oldu - Ağcabədidə qətl - VİDEO
12 Fevral 2020 Azərbaycanda ana azyaşlı oğlunu şişlə yandırdı
11 Fevral 2020 Azərbaycanda güclü yanğın: Ölən və yaralılar var
07 Fevral 2020 Həkim özünü aptekdə asıb - RƏSMİ AÇIQLAMA
06 Fevral 2020 Qazaxda şagird məktəb yoldaşını bıçaqladı - Dərs vaxtı QANLI İNSİDENT
03 Fevral 2020 Dövlətə xəyanətdə suçlanan jurnalist MƏHKƏMƏ QARŞISINDA