b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_maxresdefaultfgf.jpg

Abşeron rayonunda Xırdalan şəhərində qətl hadisəsi baş verib.

Missiya.Az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə saytımıza açıqlamasında bildirib ki, başı kəsilərək qətlə yetirilən Aytən Fərzəliyeva bir müddət Birliyin Sığınacağında yaşayıb:

“Onun qeyri-rəsmi nikahdan bir övladı olub. Fikrimcə, bu, çoxdan yarım qalan bir ailənin yekunu idi. 2014-cü ildə 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar etmişdilər.

Anası və bacısı özünü binadan atanda Aytənin həyatına təhlükə olduğu üçün onu bizim sığınacağa yerləşdiriblər. Atası onları ölüm həddinə çatdırdığı üçün dörd il müddətinə azadlıqdan məhrum olub”.

Qeyd edək ki, A.Fərzəliyeva doqquz aylıq uşaq anası olub.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Oxu.Az-a açıqlamasında bildirib ki, Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanılıb:

Onun sözləırinə görə, noyabrın 24-də saat 17 radələrində 1966-cı il təvəllüdlü Babək Fərzəliyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzəliyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. 

İlkin istintaqla hadisənin Babək Fərzəliyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzəliyevanı qəsdən öldürdüyünü etiraf edib. 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_usaqffgfgf.jpg

 

 

 

25 Noyabr 2019 Azərbaycanda yüksək vəzifəli məmur qəzaya düşdü: Arvadı və sürücüsü öldü
19 Noyabr 2019 Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO
14 Noyabr 2019 Xaçmazda qatar gənci parçalara böldü - Ayağı 32 metr kənardan tapıldı
11 Noyabr 2019 Bernardonu bıçaqlayan şəxs SAXLANILDI
06 Noyabr 2019 3-cü dəfə həbsə düşən məhkum: "Özümə nifrət edirəm, çox peşmanam" - VİDEO
05 Noyabr 2019 DTX əməliyyat keçirdi - Əcnəbi vətəndaş saxlanıldı
30 Oktyabr 2019 DİN Yevlaxda əməliyyat keçirdi - FOTO
26 Oktyabr 2019 Bakıda dəhşətli qətl: Boğazını kəsib quyuya atdılar
25 Oktyabr 2019 SON DƏQİQƏ! Azərbaycanlı ekstrasens Moskvada güllələndi
17 Oktyabr 2019 Milli Məclisin yanında dəhşətli qəza - VİDEO
14 Oktyabr 2019 Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi, təcili Bakıya gətirildi
10 Oktyabr 2019 Döyülərək öldürülən 18 yaşlı Aygün haqqında YENİ FAKTLAR - VİDEO
08 Oktyabr 2019 Azərbaycanda dəhşət: gənc qızı ölümcül döyüb yol kənarına atdılar
07 Oktyabr 2019 Bakıda liftlərdə seksual hərəkətlər edən manyak saxlanıldı
27 Sentyabr 2019 Bakıda cinsi azlığı zorladılar, döydülər və kənddən qovdular
26 Sentyabr 2019 Beş piyadanın üzərindən keçən azərbaycanlı azadlığa buraxıldı - VİDEO
23 Sentyabr 2019 Azərbaycanda sosial şəbəkə istifadəçisi paylaşımına görə tutuldu
20 Sentyabr 2019 Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
19 Sentyabr 2019 Bakıda "Volkswagen Passat” Gülgünü belə vurub öldürdü - HADİSƏ ANI - VİDEO
13 Sentyabr 2019 Güllələnən hüquqşunas öldü - TƏFƏRRÜAT