b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_cahangir-haciyev.jpg

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Missiya.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində C.Hacıyevin müavini və bankın Kreditorlar Komitəsinin sədri olmuş Emin Mustafayev ifadə verib. 

O, qaytarılmayan böyük kreditlərə, veksel əməliyyatlarına görə Cahangir Hacıyevi ittiham edib. E.Mustafayevin sözlərinə görə, bankda Aktivlərin və Passivlərin İdarə Olunması Komitəsinə də C.Hacıyev rəhbərlik edirdi: 

“Birinci günlər Komitənin iclasları keçirilirdi. Orada veksel əməliyyatları müzakirə olunmurdu. Amma qərar verilirdi ki, veksel əməliyyatları reallaşdırılsın. Bu əməliyyatları, əsasən, bankın törəmə qurumu olan Moskva filialı həyata keçirirdi. Bakıdan - baş ofisdən vəsait Moskvaya göndərilirdi, orada da şirkətlərə ödənilirdi.

Uzun müddət bankda durum yaxşı deyildi, maliyyə çatışmazlığı vardı. Mərkəzi Bankdan, xarici maliyyə qurumlarından maliyyə cəlb edirdik. Bankın likvidlik problemi vardı. Buna baxmayaraq, veksel əməliyyatları həyata keçirilirdi. Əməkdaşlar da deyirdi ki, Cahangir Hacıyev göstəriş verib, bu əməliyyatlar rəsmiləşdirilsin”.

Onun sözlərinə görə, hazırda məhkəmədə araşdırması aparılan şirkətlərə kreditlər C.Hacıyevin göstərişilə verilib:

“Demişdi ki, Dünyamin Xəlilovun idarə etdiyi şirkətlərə kreditlər ayrılsın”.

E.Mustafayev xatırladıb ki, bankın Müşahidə Şurası 2009-cu ildə bir qərar vermişdi:

“Qərara görə, 1.5 milyondan yuxarı kreditlərin ayrılması üçün Müşahidə Şurasının razılığı olmalı idi. Amma bir çox hallarda Müşahidə Şurasına həmin kreditlər haqda məlumat verilməyib”. 

Vəkillər E.Mustafayevdən soruşub ki, C.Hacıyevin qanunsuz göstərişlərini görürdüsə, bəs niyə ona əməl etmək əvəzinə, vaxtında hüquq-mühafizə orqanlarına məlumat verməyib, illər ərzində onun vəzifədən çıxmasını gözləyib? E.Mustafayev belə cavab verib:

“Birbaşa İdarə Heyətinin sədrinə tabe olduğuma görə onun göstərişlərindən kənara çıxa bilmirdim. Amma özünə bildirirdim. Sonradan mən İdarə Heyətinin sədri vəzifəsini icra edəndə hüquq-mühafizə orqanlarına məlumat verdim”.

Qeyd edək ki, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına, C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurduğu üzə çıxıb.

İstintaqla C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il, İ.Hidayətzadə isə yeddi il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayətzadənin cəzasını beş ilə endirib.

26 Fevral 2020 Masallı rayonunda xərçəng xəstəsi olan qadın intihar edib
25 Fevral 2020 Bakıda dəhşət: Polis qardaşı tərəfindən qətlə yetirildi
21 Fevral 2020 “Bandotdel” Gürcüstanda ağır cinayət törədib Bakıda gizlənən şəxsi tutdu - FOTO
18 Fevral 2020 Azərbaycanda bank rəhbərinin oğlunun ölümündə ŞOK DETAL - Anası günahkardır
17 Fevral 2020 Polisdən əhaliyə müraciət: FOTOLARA DİQQƏT!
13 Fevral 2020 Oğlunu öldürüb, polisə təslim oldu - Ağcabədidə qətl - VİDEO
12 Fevral 2020 Azərbaycanda ana azyaşlı oğlunu şişlə yandırdı
11 Fevral 2020 Azərbaycanda güclü yanğın: Ölən və yaralılar var
07 Fevral 2020 Həkim özünü aptekdə asıb - RƏSMİ AÇIQLAMA
06 Fevral 2020 Qazaxda şagird məktəb yoldaşını bıçaqladı - Dərs vaxtı QANLI İNSİDENT
03 Fevral 2020 Dövlətə xəyanətdə suçlanan jurnalist MƏHKƏMƏ QARŞISINDA
30 Yanvar 2020 Əri tərəfindən öldürülən 16 yaşlı gəlinin cinayəti ilə bağlı FAKTLAR - VİDEO
29 Yanvar 2020 Azərbaycanda iki həftə əvvəl gəlin köçən 16 yaşlı qız qəflətən öldü
28 Yanvar 2020 Sumqayıtda müştərilər restoranda hesab çox gəldiyi üçün administratoru döyüb
21 Yanvar 2020 Ələkbər Yasamallının bacısı oğlu niyə intihar edib? - TƏFƏRRÜAT
14 Yanvar 2020 Bəxtiyar Hacıyevi sosial şəbəkələrdə təhdid edən şəxs saxlanılıb
07 Yanvar 2020 Bu gün Yunis Səfərov və digərlərinin məhkəməsi başlayır
06 Yanvar 2020 Stilist Anar vəfat etdi - FOTO
27 Dekabr 2019 Bakıda “kimyagər” narkobaron saxlanılıb
27 Dekabr 2019 Azərbaycanda polisə qarşı sui-qəsd edilib