b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_vdddfdgfgfgfg.jpg

Xuliqanlıqda təqsirləndirilən Namiq Yahyayev, Dönməz Babayev və İlqar Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Missiya.Az xəbər verir ki, cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 13-nə təyin edilib. 

Məlumata görə, bu il yanvarın 3-ü, saat 19:15-də Zığ şossesindəki 4 saylı binanın qarşısında bir neçə kişi dava edib. Polis əməkdaşları - 34 yaşlı kapitan Fərid Mahmudov və 23 yaşlı leytenant Hüseyn Məcidzadə xuliqanlıq əməlinin qarşısını almaq üçün davaya mane olmağa çalışıblar.
Lakin davada iştirak edənlərdən biri ülgüclə F. Mahmudovun üzərinə cumaraq onun boynuna və əlinə xəsarət yetirib. Buna baxmayaraq, davanın bütün iştirakçıları saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub.

Faktla bağlı davanın üç iştirakçısı saxlanılıb. Onlar əvvəllər oğurluq və bədənə yüngül xəsarət yetirməklə bağlı məhkumluq həyatı yaşamış 36 yaşlı Bakı şəhər sakini İlqar Hüseynov, AR CM-nin 177-ci (Oğurluq) və 185-ci (Avtomobil oğurluğu) maddələri ilə məhkum edilmiş Sabirabad rayonunun 23 yaşlı sakini Namiq Yəhyayev və Astara rayonunun 42 yaşlı sakini Dönməz Babayev olub.

Məlum olub ki, həddindən artıq spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşmüş bu 3 şəxs birlikdə Füzuli rayonundan olan 37 yaşlı Afiq Əhmədovu döyüblər. Elə polis də həmin vaxt onların davasına müdaxilə edib. Polis kapitanı Mahmudova hücum edən şəxs isə Namiq Yəhyayev olub.



22 May 2020 Azərbaycanda itkin düşən azyaşlının parçalanmış meyiti tapıldı
15 May 2020 Baş Prokurorluğa yeni şöbə rəisi təyin edildi
14 May 2020 Bakıda əməliyyat - Saxlanılanlar var
06 May 2020 Bakıda məşhur bankda əməliyyat - Həbs olunanlar var
05 May 2020 Bilasuvarda polislərə hücum edənlərlə bağlı qərar verildi - RƏSMİ
05 May 2020 SON DƏQİQƏ! Azərbaycanda bu Nazirliyin əməkdaşları saxlanıldı - SƏBƏB
04 May 2020 “Bandotdel” əməliyyat keçirdi - Nazirliyin sabiq əməkdaşı saxlanıldı
02 May 2020 DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
27 Aprel 2020 DTX-dan əməliyyat - Kasıb ailələrin ərzaq payını mənimsəyən vəzifəli şəxs tutuldu - RƏSMİ
27 Aprel 2020 Bakıda ər arvadını dini baxışlarına görə qətlə yetirdi - TƏFƏRRÜAT
21 Aprel 2020 Bakıda gizli şəkildə fəaliyyət göstərən “Mall” aşkarlandı
17 Aprel 2020 Azərbaycanda iş adamı məktub yazıb intihar etdi
16 Aprel 2020 8103-ə mesaj yazıb, futbol oynamağa getdilər
08 Aprel 2020 Polis əməliyyat keçirdi: Qızlar kafedən bölməyə gətirildi - FOTO
23 Mart 2020 Azərbaycanda DSK sədrinin polis işləyən oğlu bıçaqlandı
21 Mart 2020 Vilayət Eyvazov Salyana yeni rəis təyin etdi
11 Mart 2020 DTX Gömrük Komitəsinin vəzifəli əməkdaşlarını həbs edib - RƏSMİ
06 Mart 2020 Elçiliyə gedən ailə qəzaya düşdü - 3 ölü, 3 yaralı
05 Mart 2020 Bakıda əməliyyat: 26 nəfər tutuldu
04 Mart 2020 Oğrular Sumqayıt-Bakı qatarının hərəkətində problemlər yaratdı - RƏSMİ