b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1555914895_1555914493_15d70348-b036-4d58-88eb-a9da70ad48e7.jpg
Polis və prokuroroluq orqanlarının əməkdaşları tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış və istintaq hərəkətləri tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində törədilmiş ağır cinayətin üstü açılıb.
 
DİN-in Mətbuat xidmətindən Missiya.Az-a verilən xəbərə görə, aprelin 17-də səhər saatlarında rayonunun Azər Manafov küçəsi ev15/21 ünvanında yanğın hadisəsi baş verməsi barədə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub. Daha sonra meyit daxili və xarici müayinədən keçirilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.
 
DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının "isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıblar. Onlar ifadələrində hadisə günü "Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər. Qeyd edək ki. Z.Dadaşov və A.Piriyev saxlanılan zaman qızıllar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.
 
Polislər tərəfindən keçirilmiş əlavə əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin sifarişçisi Z.Dadaşov və A.Piriyevin "Leyla” kimi tanıdıqları paytaxt sakini əvvəllər məhkum olunmuş Həmidə Nəsibova da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində Z.Dadaşov və A.Piriyevlə tanışı V.İbrahimovanı qətlə yetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1555914979_1555914493_468c0906-f1e4-44a0-bcce-e23b3d068e20.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1555914979_1555914493_468c0906-f1e4-44a0-bcce-e23b3d068e20.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1555914958_1555914493_89324923-55aa-4bff-9d2b-3c2bbec79123.jpg
 
17 İyul 2019 Sədərəkdə yumurtadan kütləvi zəhərlənmə
15 İyul 2019 Zelenskinin korteji uşaqla dolu avtobusa çırpıldı - VİDEO
12 İyul 2019 Azərbaycanda 3 yaşlı uşağı "tok" vurub öldürdü
11 İyul 2019 Bakıda polis polkovnikinin oğlu özünü 5-ci mərtəbədən atdı
10 İyul 2019 Sürücülərin yatması qəzalara səbəb oldu - VİDEO
09 İyul 2019 Masallıda üç ailənin 8 üzvünün öldüyü qəzanın səbəbi açıqlandı
06 İyul 2019 Moskvada sərnişinləri zəhərləyən erməni taksi sürücüsü saxlanıldı
04 İyul 2019 Bakıda fəhlənin başına daş düşdü
27 İyun 2019 Bakıda dönərdən kütləvi zəhərlənməyə görə CİNAYƏT İŞİ BAŞLANDI
21 İyun 2019 Kür çayında iki yeniyetmə batıb - Meyitləri hələ tapılmayıb
20 İyun 2019 Bakıda tanımadığı qadınla cinsi əlaqədə olan kişinin başı dərddə
19 İyun 2019 Bakı toyunda kütləvi dava - Yaralılar var
18 İyun 2019 Azərbaycanlı taksi sürücüsü DİN rəsmisini qarət etdi - VİDEO
15 İyun 2019 Jurnalistin qızı və həyat yoldaşının intiharı ilə bağlı təfərrüatlar
14 İyun 2019 Bakıda dəhşətli hadisə: Ana və qızı özlərini 10-cu mərtəbədən atdı
14 İyun 2019 Bakı metrosunda intihara cəhd - Sevgilisi ilə dalaşan qız özünü qatarın altına atmaq istədi
12 İyun 2019 Bakıda BMW reklam lövhəsinə çırpılıb yandı - Ölən və yaralı var
12 İyun 2019 Salyanda parkdan raket tapılıb
11 İyun 2019 Bakı məktəbində qız hər kəsi aldatdı: Direktor məsələni ictimailəşdirdi - FOTO
10 İyun 2019 Azərbaycanda oğlunun hərəkətinə görə kişiyə qadın paltarı geyindirdilər