b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_cd988a9a-cb2a-3c3a-a558-042c106701ed_850.jpg

Dünya bazarlarında neftə tələbatın artacağına dair qənaətin bərqərar olması, habelə yeni koronavirus dərmanlarına dair xəbərlər neftin qiymətlərinə təkan verir.

Missiya.Az xəbər verir ki, bu gün günorta saatlarında keçirilən hərraclar zamanı “Brent” marklalı neftin yanvar fyuçersləri 0,48 faiz bahalaşaraq 44,41 ABŞ dollarına, WTI markalı neftin isə 0,26 faiz bahalaşaraq 42,01 ABŞ dollarına satılıb.

Bu həftə ərzində “Moderna”, “BioNTech”, “Pfizer” şirkətlərinin təqdim etdiyi yeni koronavirus dərmanlarının 95 faizədək səmərəli keçən sınaqlarına dair xəbərlər neftin qiymətlərinə müsbət təkan verib. “İHS Markets”in eksperti Viktor Şum “Bloomberg”ə bildirib ki, peyvəndlə bağlı xəbərlər də 2021-ci il ərzində neftə tələbatın artacağına dair qənaətimizi təsdiqləyib.

Bununla belə hazırkı nikbinlik ovqatına baxmayaraq, pandemiya ilə bağlı epidemioloji vəziyyətin kəskinləşməsi üzündən ABŞ və Avropa ölkələrində yeni karantin tədbirlərinin tətbiqi nəticəsində ümumi vəziyyətin qarışıq olduğu da qeyd olunub.

“Nə vaxtsa vəziyyətin yaxşılaşacağına ümid var, amma yaxın gələcək qaranlıq görünür. Avropada və Şimali Amerikada COVID-19-a yoluxma səviyyəsi narahatlıq doğurur”, - ekspert qeyd edib.

 

03 Dekabr 2020 YENİ DÖVR: Yaponiyada benzin və dizellə işləyən avtomobillər ləğv edilir
23 Noyabr 2020 ABŞ tarixdə ilk dəfə neft bazarında liderliyini itirəcək
23 Noyabr 2020 ​​​​​​​Almaniya 160 milyard avro borc alacaq
20 Noyabr 2020 Azərbaycana xaricdən pul köçürmələri 19 % azalıb
19 Noyabr 2020 Azərbaycan neftinin qiyməti bahalaşıb
19 Noyabr 2020 Dünya ölkələrinin borcu rekord həddə çata bilər
18 Noyabr 2020 Dövlət büdcəsinin gəlir və xərcləri artıb
18 Noyabr 2020 Azərbaycanın neft-qaz sektoruna sərmayələrin həcmi artıb - FOTO
18 Noyabr 2020 Elektrik enerjisinin istehsal, ixrac və idxal göstəriciləri azalıb
30 Oktyabr 2020 Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR