b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_erzaq-product-supermarket-696x388d.jpg

İqtisadçı ekspert Rövşən Ağayev hazırda Çində yayılan epidemiyaya görə ticarət əlaqələrimizin məhdudlaşmasının nələrə təsir edə biləcəyini araşdırıb.

Missiya.Az xəbər verir ki, R. Ağayev qeyd edib ki, Çindən idxalımız Rusiya və Türkiyədən sonra 3-cü yerdədir: “Ümumi idxalın təxminən 10%-i Çindən daxil olur. Amma bazarın real tələbatını idxalın dəyəriylə ölçmək aldadıcı ola bilər. Çünki ucuz idxal natural ifadədə bazarda daha həlledici payla təmsil olunur.

Məsələn, ola bilər biz Türkiyə və Çindən eyni dəyərdə toxuculuq və geyim malları alaq. Amma eyni mallar Çindən 50% ucuz gəlirsə, bu halda onun bazarın tələbatının ödənməsində xüsusi çəkisi Türkiyədən 50% çox olacaq.

Dəyər ifadəsində Azərbaycanın Çindən idxalının mal qrupları üzrə bölgüsü belədir:

Ərzaq və tütün - 0.9%
Oduncaq və kağız-karton məmulatları - 1.8%
Mineral və kimyəvi məhlullar - 3.3%
Gips, keramika və daş məmulatları - 3%
Plastik kütlələr, kauçuk və rezin məmulatlar - 6.2%
Metal və metal məmulatlar - 11%
Toxuculuq və geyim əşyaları, dəri məmulatları - 15%
Maşın, mexanizm, elektrik avadanlıqları, nəqliyyat vasitələri - 50%.
Bir daha qeyd edirəm ki, xüsusi çəkilər dəyər göstəriciləri əsasında hesablanıb. Natural göstəricilər əsasında hesablama apararaq bazarlara mümkün təsirləri qiymətləndirmək daha doğru yanaşmadır”.



04 May 2020 Bu şəxslərə şad xəbər: İnternet pulsuz ola bilər - RƏSMİ
04 May 2020 ƏDV-nizi belə geri ala bilərsiniz - QAYDALAR
28 Aprel 2020 Nazirlikdən işsizlərə ŞAD XƏBƏR: Daha 50 min...
27 Aprel 2020 Bu bankların bütün səlahiyyətləri alındı - Rəsmi açıqlama
24 Aprel 2020 Prezident İlham Əliyev açılış etdi - FOTOLAR
22 Aprel 2020 Neftin qiyməti 16 dollara düşdü
21 Aprel 2020 SON DƏQİQƏ! Neft və qazın yeni qiyməti açıqlandı
05 Aprel 2020 Azərbaycanın koronavirusla mübarizə büdcəsi 3 milyarda çatır
03 Aprel 2020 Azərbaycan neftinin qiyməti 22% yüksəlib
02 Aprel 2020 Koronavirusa görə ödəmələr bu həftə başlaya bilər - ŞAD XƏBƏR
19 Mart 2020 Prezidentdən manatla bağlı VACİB SƏRƏNCAM
11 Mart 2020 Baş bankir dollarla bağlı əhaliyə müraciət etdi
09 Mart 2020 Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb
02 Mart 2020 Nazirlər Kabineti bu yanacağı gömrük rüsumundan azad etdi
11 Fevral 2020 Bakıda möhtəşəm asma körpü tikilir - FOTO
03 Fevral 2020 DİQQƏT! Alış-veriş edən vətəndaşlara pul qaytarılacaq - VİDEO
29 Yanvar 2020 “Honda” ve “Toyota” şirkətləri fəaliyyətini dayandırdı
23 Yanvar 2020 Xanlar Fətiyev Azərbaycanda avtobus istehsalından danışıb - FOTO
16 Yanvar 2020 Mərkəzi Bankın strukturu dəyişdi
16 Yanvar 2020 Ötən il Azərbaycanda rekord məbləğdə vergi toplanıb