b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_8f911331-99da-42e9-9235-970a54da3652.jpg
"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Missiya.Az
-ın məlumatına görə, bu barədə məlumatı birliyin müşahidə şurasının sədri Xanlar Fətiyev verib. Onun sözlərinə görə müqavilənin şərtlərinə uyğun olaraq Gəncədə Sampo-Roselew markalı kombaynların yığımı həyata keçiriləcək.

Xanlar Fətiyev əlavə edib ki, bu ilin mart ayının əvvəllərində kombaynların yığım xəttinin istifadəyə verilməsi planlaşdırılır: “Bildiyiniz kimi Finlandiyanın məşhur Sampo firmasının müxtəlif model kombaynları artıq Azərbaycan fermerlərinə tanışdır. 10 ilə yaxın müddətdir ki, taxıl biçinində Sampo markalı kombaynlar yüksək texniki göstəriciləri ilə fermerlərin istifadəsindədir və yerli istifadəçilər tərəfindən rəğbətlə qarşılanır. Gəncə avtomobil zavodu İB-i Sampo kombaynlarının yığılması ilə bərabər onun həm Azərbaycan bazarında satış və satış sonrası xidmətlərini həyata keçirəcək, həm də yaxın ölkələrə ixracını da reallaşdırmağı planlaşdırır” deyə Xanlar Fətiyev əlavə edib.

Müşahidə Şurasının sədrinin sözlərinə görə ixracla bağlı həm birliyin marketinq şöbəsinə, həm də müəssisənin xarici ölkələrdəki nümayəndəliklərinə xüsusi tapşırıqlar verilib.

“Biz Sampo şirkəti ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik. Bu şirkət kənd təsərrüfatı texnikalarının istehsalı üzrə bir dünya markasıdır və keyfiyyətli məhsulları ilə seçilir. Azərbaycanda keçirilmiş Caspian Agro 9-cu Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” sərgisində də bu şirkət öz məhsullarını nümayiş etdirmiş və böyük marağa səbəb olmuşdu. Biz Sampo kombaynlarının satışı üçün Türkiyə bazarını yaxından araşdırırıq. Ümidvaram ki, yaxın vaxtlarda bu istiqamətdə böyük bir uğura imza atacağıq” deyə X. Fətiyev bildirib.


19 Mart 2020 Prezidentdən manatla bağlı VACİB SƏRƏNCAM
11 Mart 2020 Baş bankir dollarla bağlı əhaliyə müraciət etdi
09 Mart 2020 Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb
02 Mart 2020 Nazirlər Kabineti bu yanacağı gömrük rüsumundan azad etdi
11 Fevral 2020 Bakıda möhtəşəm asma körpü tikilir - FOTO
05 Fevral 2020 Azərbaycan bu məhsulları Çindən alır - SİYAHI
03 Fevral 2020 DİQQƏT! Alış-veriş edən vətəndaşlara pul qaytarılacaq - VİDEO
29 Yanvar 2020 “Honda” ve “Toyota” şirkətləri fəaliyyətini dayandırdı
23 Yanvar 2020 Xanlar Fətiyev Azərbaycanda avtobus istehsalından danışıb - FOTO
16 Yanvar 2020 Mərkəzi Bankın strukturu dəyişdi
16 Yanvar 2020 Ötən il Azərbaycanda rekord məbləğdə vergi toplanıb
25 Dekabr 2019 İcra Hakimiyyəti bu işləri Murad Dadaşovun şirkətinə həvalə etdi – 175 minlik müqavilə
18 Dekabr 2019 Gürcüstandan Azərbaycana gələn şəxsin gömrükdə yalanı üzə çıxdı - FOTO
17 Dekabr 2019 Evi olmayanlara şad xəbər - İlham Əliyev fərman imzaladı
11 Dekabr 2019 Mikayıl Cabbarovdan qərar – İcrasına şəxsən özü nəzarət edəcək
09 Dekabr 2019 Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilir - FOTOLAR
08 Noyabr 2019 Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
01 Noyabr 2019 İctimai nəqliyyatda gedişhaqları ARTIRILIR? - BNA AÇIQLADI
24 Oktyabr 2019 Azərbaycanda yeni 5 manatlıq dəmir pullar buraxıldı - FOTO
23 Oktyabr 2019 Bu şəxslər üçün aylıq vergi azaldılır