b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_kredit_01254_1.jpg

Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləğı nağd və nağdsız formalarda olmaqla “Azərpoçt” MMC-dən ala biləcəklər.

MMC-dən Missiya.Az-a verilən məlumata görə, bunun üçün vətəndaşın nə "Azərpoçt"un mərkəzi ofisinə, nə də Çağrı mərkəzinə(169) müraciət etməsinə ehtiyac yoxdur. Prosesə start veriləndə vətəndaşın kredit götürdüyü zaman qeydiyyata aldırdığı nömrəsinə SMS göndəriləcək. SMS-də fiziki şəxsə ödəniləcək məbləğ, ödənilən kreditinin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədə məlumat (adı, ünvanı, əlaqə vasitələri), fiziki şəxsin yardımın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat (kredit təşkilatının, onun filialının, poçt rabitəsinin milli operatorunun və onun şöbəsinin adı, ünvanı, əlaqə vasitəsi) pul köçürməsinin ediləcəyi tarix haqda informasiya öz əksini tapacaq.

Hal-hazırda “Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyatın neçə nəfərə şamil olunacağı hələ dəqiqləşdirilməyib.

“Azərpoçt” MMC tərəfindən ödənişlər pul köçürmələri və plastik kartlar vasitəsilə olmaqla 2 formada həyata keçiriləcək. 500 manata qədər məbləğ nağd formada, 500 manatdan yuxarı olduqda isə plastik kartlar vasitəsilə kredit sahibinə təqdim olunacaq.

Problemli kreditlərin ödənilməsi ilə bağlı göstərilən xidmətlər “Azərpoçt” MMC tərəfindən pulsuz həyata keçiriləcək.

14 İyun 2019 Agentlikdən enerji içkiləri ilə bağlı - YENİ QAYDALAR
11 İyun 2019 İşsiz olanlar üçün vakant yer var - 1872 AZN maaş
10 İyun 2019 Yeni açılan Bakı-Batumi avtobus reysilərinin qiyməti açıqlandı
07 İyun 2019 Azərbaycanda bu şəxslər 1824 AZN maaş alacaq
30 May 2019 Bu tərkibli enerji içkiləri dövriyyədən çıxarılır
23 May 2019 Azərbaycanda bu maşınların istifadəsi qadağan ediləcək - SİYAHI
22 May 2019 Azərbaycanın ən populyar smartfonları açıqlandı
08 May 2019 Nazir: Bir çox işçilərlə yollarımızı ayırmışıq
30 Aprel 2019 Problemli kredit sahiblərinə yeni xəbər
22 Aprel 2019 Problemli krediti olan vətəndaşların diqqətinə! Bu gündən...
16 Aprel 2019 Kartof, soğan, kələm ucuzlaşıb - NAZİRLİK
10 Aprel 2019 Dollarla kredit götürən şəxslərə vacib xəbər: Mexanizmdə dəyişiklik edilə bilər
02 Aprel 2019 Bu şəxslərin kredit borcu bağışlandı – SİYAHI
27 Mart 2019 Problemli kreditlərlə bağlı yeni xidmət yaradıldı
15 Mart 2019 Azərbaycanın xarici borcu açıqlandı
28 Fevral 2019 Dövlət qulluqçularının maaşları artırılır
28 Fevral 2019 “Dollarla kredit götürüb artıq ödəniş edənlərin pulu geri qaytarılacaq” - Mərkəzi Bank
22 Fevral 2019 Bakıda hansı rayonlarda “DOST” olacaq?
21 Fevral 2019 Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ
18 Fevral 2019 Bakıda 75 min manata ağac satılır - VİDEO