b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_118100175_330876784774690_315326275232941680_n_700x390_1.jpg

Azərbaycanda koronavirus pandemiyası səbəbindən martda dayandırılan futbol yarışlarındakı həsrətə son qoyulub.

Missiya.Az xəbər verir ki, 5 aylıq məcburi fasilə bu gün "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki oyunu ilə başa çatıb.

Azərbaycan çempionu Şimali Makedoniya təmsilçisi "Sileks"lə üz-üzə gəlib. Ölkəsində ikinci yeri tutan, lakin çempion "Vardar"ın cəzası olduğu üçün Çempionlar Liqasında iştirak hüququ qazanan Kratovo klubu ilə görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Qarşılaşma Ağdam təmsilçisinin aşkar üstünlüyü şəraitində keçib. Xayme Romeronun hesabı açdığı görüşdə Vild-Donald Gerye qayıdışını dublla qeyd edib. Matçda son nöqtəni Mahir Emreli qoyub – 4:0. 

UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarət olduğundan, darmadağınla qalib gələn “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib. Qurban Qurbanovun komandasının növbəti görüşdəki rəqibi “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü olacaq. Bu oyun sabah keçiriləcək. 

Qeyd edək ki, məğlubiyyətə üzülən "Sileks" mübarizəni Avropa Liqasında davam etdirəcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi

18 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) - 4:0

Qollar: Romero, 11, Gerye, 40, 51, Emreli, 80

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Vild-Donald Gerye, 8. Uroş Matiç, 18. İmayıl İbrahimli, 19. Filip Ozobiç, 9. Xayme Romero, 17. Abdullah Zubir, 11. Mahir Emreli,

Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 30. Abbas Hüseynov, 27. Kvabena Ovusu, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev

Baş məşqçi: Qurban Qurbanov

“Sileks”: 1. Daniel Bojinovski, 5. Srcan Darşkoviç, 6. Xristian Qrozdanoski, 22. Angels Timovski, 26. Daniel Karçeski, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 27. Deyan Tanturovski

Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Spirkoski, 10. Miloş Jeravitsa, 9. Stefan Curiç, 11. Kristian Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski

Baş məşqçi: Qoran Simov

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu 



17 Sentyabr 2020 “Fatih Terim söz verdisə, edər” – Azərbaycanlı jurnalist imperatoru Bakıya dəvət etdi - VİDEO
31 Avqust 2020 "Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu
27 Avqust 2020 Azərbaycanda ağır qəza - Ölənlər və yaralılar var
18 Avqust 2020 “Qarabağ” Çempionlar Liqasına darmadağınla başladı
17 Avqust 2020 'Barselona'da Messi şoku: Rəhbərliklə görüşüb qərarını açıqladı
08 Avqust 2020 “Yuventus” Sarrini qovdu
06 İyul 2020 22 yaşlı dünya çempionumuz qəflətən öldü
30 İyun 2020 Arda Turanın "Barselona" macərası bitdi
10 İyun 2020 “Neftçi” “Keşlə”yə qalib gəldi
01 İyun 2020 "Formula 1" Bakıdan alınıb bu ölkəyə verilə bilər
28 Aprel 2020 "Formula-1" üzrə Azərbaycan Qran-Prisinin tarixi açıqlanıb
12 Mart 2020 AVRO-2020-nin ev sahibliyi Türkiyəyə verilə bilər
05 Mart 2020 Ronaldinyo saxta pasportla tutuldu – FOTO
27 Fevral 2020 İlham Əliyevə Uels millisinin forması hədiyyə edildi
05 Fevral 2020 Həbib ərəblərin 100 milyon dollarlıq təklifini rədd etdi
20 Yanvar 2020 Siqarət çəkən iki futbolçu millidən qovuldu
13 Yanvar 2020 Güləşçilərimizdən 5-ci qızıl medal - FOTOLAR
25 Oktyabr 2019 Rəşadın "Qarabağ"a baha başa gələn səhvi - VİDEO
02 Oktyabr 2019 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb
02 Oktyabr 2019 Hacı Əliyev məşqçilərini tənqid etdi: “Xalça üzərində tək qaldım”