b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_hediy-1582794965f.jpg
Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi və məhsuldar görüş keçirib.

Missiya.Az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin “Facebook” paylaşımında bildirilib.

Qeyd edilib ki, görüşdə Cənub Qaz Dəhlizi layihəsi, Böyük Britaniyanın Azərbaycanın bərpa olunan enerji sektoruna sərmayə qoymağa hazır olması və Böyük Britaniyanın noyabr ayında COP26 – iqlim dəyişikliyi konfransına ev sahibliyi etməsi, həmçinin karbon emissiyalarının (CO2) azaldılması ilə bağlı planları da daxil olmaqla, bir çox vacib məsələlər müzakirə edilib.

Görüşün əvvəlində Bakının da ev sahibi olduğu 2020-ci il futbol üzrə Avropa çempionatında Uels milli komandasının iki oyununun burada keçirəcəyini bildirən Baronessa Nikolson Prezident İlham Əliyevə Uels yığmasının formasını hədiyyə edib və dövlət başçısına bu mötəbər idman tədbirinin ev sahibliyində uğurlar arzulayıb.


30 İyun 2020 Arda Turanın "Barselona" macərası bitdi
10 İyun 2020 “Neftçi” “Keşlə”yə qalib gəldi
01 İyun 2020 "Formula 1" Bakıdan alınıb bu ölkəyə verilə bilər
28 Aprel 2020 "Formula-1" üzrə Azərbaycan Qran-Prisinin tarixi açıqlanıb
12 Mart 2020 AVRO-2020-nin ev sahibliyi Türkiyəyə verilə bilər
05 Mart 2020 Ronaldinyo saxta pasportla tutuldu – FOTO
05 Fevral 2020 Həbib ərəblərin 100 milyon dollarlıq təklifini rədd etdi
20 Yanvar 2020 Siqarət çəkən iki futbolçu millidən qovuldu
13 Yanvar 2020 Güləşçilərimizdən 5-ci qızıl medal - FOTOLAR
25 Oktyabr 2019 Rəşadın "Qarabağ"a baha başa gələn səhvi - VİDEO
02 Oktyabr 2019 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb
02 Oktyabr 2019 Hacı Əliyev məşqçilərini tənqid etdi: “Xalça üzərində tək qaldım”