b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_thumb700_20190818191428647.jpg

"Qarabağ" komandası UEFA Avropa Liqasının qrup mərhələsində IV tur matçına çıxıb.

Missiya.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Kiprdə APOEL-lə üz-üzə gəlib. Nikosiyadakı "GSP Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hər üç qol künc zərbəsindən sonra vurulub. 10-cu dəqiqədə Maksim Medvedev hesabı açsa da, 59-cu dəqiqədə Lukas Souza bərabərlik, 88-ci dəqiqədə George Efrem qələbə topunu vurub.

Digər tərəfdən, "Qarabağ" 16-cı dəqiqədə itki ilə üzləşib. Dani Kintana zədələnərək, yerini Maqaye Qeyeyə verib. Lakin zədəli Mahir Mədətovun yoxluğunda əsas qol ümidi sayılan fransalı hücumçu ona bəslənən ümidləri doğrultmayıb. Elə buna görə Qeyenin özü də 76-cı dəqiqədə meydandan alınıb. Onun yerinə isə zədəsini sağaldan Xayme Romero çıxıb. Oyunun gedişində zədə alan Miçel isə 83-cü dəqiqədə Abbas Hüseynovla əvəzlənib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran APOEL eyni xala malik "Qarabağ"la 2-3-cü yerləi bölüşür. A qrupunun digər matçında Lüksemburqda "Düdelanj"ı 5:2 hesabı ilə yenən İspaniya "Sevilya"sı xallarını 12-yə çatdırıb və birinci pillənin sahibi kimi 1/16 finala yüksəlib. 3 xala malik "Düdelaj" isə qrupda sonuncu pilləyə enib.

19 Noyabr 2019 İtaliyanın Ermənistana 9 qol vurduğu oyununun - VİDEOSU
04 Noyabr 2019 APOEL - "Qarabağ" matçının hakimləri bəlli olub
25 Oktyabr 2019 Rəşadın "Qarabağ"a baha başa gələn səhvi - VİDEO
22 Oktyabr 2019 Formula-1 Azərbaycan Qran Prisinin biletləri satışda - Endirimlə 710 AZN
14 Oktyabr 2019 Hollandiyalı hakim Azərbaycandan üzr istəyib
02 Oktyabr 2019 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb
02 Oktyabr 2019 Hacı Əliyev məşqçilərini tənqid etdi: “Xalça üzərində tək qaldım”
21 Avqust 2019 "Barselona" PSJ ilə razılığa gəldi
15 Avqust 2019 “Barselona” Neymar üçün yeni təklif göndərib
14 Avqust 2019 "Qarabağ"ın Avropa Liqasındakı rəqibi bəlli olub
05 Avqust 2019 Həmyerlimiz beynəlxalq yarışda çempion oldu - Qızı medal - VİDEO
03 Avqust 2019 "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu
20 İyun 2019 PSJ Neymarın qiymətini açıqlayıb
18 İyun 2019 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
18 İyun 2019 Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı - FOTO
12 İyun 2019 Rövnəq Abdullayev təcili iclas keçirdi
03 İyun 2019 İbrahimoviçdən daha bir qayçıvari qol - VİDEO
30 May 2019 “Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu - VİDEO
29 May 2019 Xəyal Əhmədov: “Gücümüzü artıran prezidentimizin bizə olan etimad və diqqətidir!”
20 May 2019 Ronaldu kubokla oğlunun başını əzdi – VİDEO