b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1571979248_77912.jpg
UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində oktyabrın 24-də Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL klubunu qəbul edib.

Missiya.Az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş heç-heçə başa çatıb - 2:2.

Qarşılaşmaya damğa vuran an kapitan Rəşad Sadıqovun kobud səhvi olub. Müdafiədən topu uzaqlaşdıra bilməyən Rəşad səhvi ilə 2-ci qolun vurulmasına səbəb olub.
 
Nəticədə hesab rəqibin xeyrinə 1:2 olub. Fasilədən sonra var gücü ilə irəli atılan “Qarabağ” matçın 58-ci dəqiqəsində oyunda tarazlığı təmin edib. Dani Kintananın cinah ötürməsindən sonra Ailton Silva dəqiq baş zərbəsi ilə rəqib qapısına yol tapıb – 2:2.

Qarşılaşma elə bu hesabla da bitib.



12 Mart 2020 AVRO-2020-nin ev sahibliyi Türkiyəyə verilə bilər
05 Mart 2020 Ronaldinyo saxta pasportla tutuldu – FOTO
27 Fevral 2020 İlham Əliyevə Uels millisinin forması hədiyyə edildi
05 Fevral 2020 Həbib ərəblərin 100 milyon dollarlıq təklifini rədd etdi
20 Yanvar 2020 Siqarət çəkən iki futbolçu millidən qovuldu
13 Yanvar 2020 Güləşçilərimizdən 5-ci qızıl medal - FOTOLAR
02 Oktyabr 2019 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb
02 Oktyabr 2019 Hacı Əliyev məşqçilərini tənqid etdi: “Xalça üzərində tək qaldım”