b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_f61712ace58d044d97e06c0eacf5606d_800.jpg Azərbaycanın dövlət müstəqilliyinin bərpasından keçən müddətin ilk illəri torpaqlarımızın Ermənistan tərəfindən onların havadarlarının dəstəyi ilə zəbt edilməsi ilə yadda qaldı.

1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanda sabitlik yarandı və hər bir sahədə olduğu kimi ordu qruculuğunda da çox mühüm nailiyyətlər əldə edildi. 2003-cü ildə xalqın seçimi ilə hakimiyyətə gələn İlham Əliyev Heydər Əliyev siyasətini davam etdirərək Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri ilə hər sahədə rəqabət apara biləcək bir dövlət səviyyəsinə qaldırdı. Ermənistanla Azərbaycan arasında atəşkəs elan edildikdən sonra, 30 ilə yaxın bir dövrdə torpaqlarımızın azad edilməsi, sülhün bərqərar edilməsi üçün ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə silsilə danışıqlar aparıldı. Bu danışıqlardan praktik nəticə əldə olunması üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələri reallaşdırmaq lazım idi. Bunun üçünsə cənab prezidentimiz İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibədə bildirdiyi kimi, “Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur”. Beynəlxalq təşkilatlardan heç bir cıddi təzyiq görməyən, sanksiyaya məruz qalmayan Ermənistanın baş naziri Paşinyan yeni xülyalara düşdü. Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanı təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlara gedən Ermənistan hakimiyyəti Azərbaycanın cavabının yalnız bəyanatlardan ibarət olacağını düşünürdü. “Qarabağ Ermənistandır nöqtə” deyən Paşinyan, həyasızcasına Azərbaycanın yeni ərazilərini zəbt edəcəklərini bildirdi və mənfur erməni qoşunları 27 sentyabr 2020-ci il tarixində müxtəlif istiqamətlərdə hücuma keçdi. Bütün bu haqsızlıqlara, həyasızlıqlara Azərbaycan cavabsız qala bilməzdi və qalmadı da. Qətiyyətli Ali Baş Komandanımızın tapşırığı ilə əks hücum əməliyyatlarına başlayan şanlı Azərbaycan ordusu xarici muzdluların da qatıldığı Ermənistan ordusuna layiqli cavab verir. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Torpaq uğrunda şəhidlərimiz, yaralılarımız oldu. Bu müharibənin qanunudur. Müharibə itkisiz mümkün deyil. Lakin Ermənistanın etdiyi müharibə deyil, hərbi cinayətdir. Azərbaycan ordusu qarşısında aciz vəziyyətdə qalan – yüzlərlə hərbi texnika, minlərlə canlı qüvvə itirən, işğal etdikləri torpaqları qoyub qaçmaqdan başqa yolu olmayan şərəfsiz ermənilər Azərbaycanın günahsız insanlarını, o cümlədən uşaqları, qocaları, qadınları öldürməklə necə bir xislət sahibi olduqlarını bütün dünyaya göstərdilər. Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Bu rəsmi İrəvanın hərbi cinayətkar olduğuna bir sübutdur. Beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri isə 1992-ci il Xocalı soyqırımında olduğu kimi, bu qətliamlara hələ də susur. Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasını da mümkün hesab edir. Prezidentimiz bildirdiyi kimi, “biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir”. Lakin Ermənistanın siyasi və hərbi rəhbərliyinin bəyanatlarından belə görünür ki, onların işğal etdikləri əraziləri Azərbaycanın azad etməsi ilə barışmaq istəmirlər. Bu, Paşinyan hakimiyyətinin sonu ola bilər. Ermənistanın istəklərindən asılı olmayaraq müzəffər ordumuz bütün işğal olunmuş torpaqlarımızı azad edəcək. Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil, daha güclü, daha qüdrətlidir. Bütün bunlara necə nail olduq? Qeyd etmək istəyirəm ki, danışıqların aparıldığı uzun müddət ərzində Azərbaycana qarşı qərəzi, haqsızlığı nəzərə alan dövlət başçımız torpaqlarımızın azad olunması üçün danışıqların davam etdirilməsi ilə yanaşı, bütün imkanları səfərbər edərək Azərbaycan ordusunu dünyanın ən yüksək döyüş qabiliyyətinə malik bir orduya çevirdi. Sevindirici haldır ki, bu gün Azərbaycan ordusu reytinqinə görə dünyanın aparıcı 50 ordusu arasındadır. Hətta beynəlxalq hərbi ekspertlərin dünya mətbuatlarında səsləndirdikləri təəccüb dolu fikirləri nəzərə alıb deyə bilərik ki, döyüş qabiliyyətinə görə Azərbaycan ordusu daha yüksək yerlərdədir. Bütün zəfərlərin bir açarı var: Ali Baş Komandanımız xalqımıza güvənir, xalqımız isə Ali Baş Komandanımıza. Eşq olsun Ordumuza və onun Ali Baş Komandanına!

Fəzail Məmmədov
250 nömrəli tam orta məktəbin direktoru

24 Noyabr 2020 Bu gün Kəlbəcər Azərbaycana qaytarılır
24 Noyabr 2020 İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
24 Noyabr 2020 Şuşa şəhərinin havadan görüntüsü
24 Noyabr 2020 Azərbaycanda daha 3646 nəfər koronavirusa yoluxub
24 Noyabr 2020 İşğaldan azad olunmuş Abdal, Gülablı kəndlərinin videogörüntüləri
24 Noyabr 2020 Çavuşoğlu: “Hüquqlarını qorumaq üçün Azərbaycanın yanında olacağıq”
24 Noyabr 2020 Vilayət Eyvazov Suraxanının polis rəisini yüksək vəzifəyə təyin etdi
24 Noyabr 2020 İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı
24 Noyabr 2020 "Biz bu torpaqlara şəhidlərimizin canı, qanı bahasına qayıtmışıq" - İlham Əliyev
24 Noyabr 2020 BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq
23 Noyabr 2020 İlham Əliyev: "Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək"
23 Noyabr 2020 Milli Məclisin koronavirusa yoluxan deputatları - SİYAHI
23 Noyabr 2020 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
23 Noyabr 2020 Nazir müavini: "Ağacəkmə tədbirləri bütün Qarabağ bölgəsində hissə-hissə davam etdiriləcək"
23 Noyabr 2020 Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb
23 Noyabr 2020 Ermənistan müdafiə nazirinin müavini də istefaya göndərildi
23 Noyabr 2020 Rusiya sülhməramlıları Qarabağı minalardan təmizləyir
23 Noyabr 2020 Rusiya və Ukrayna vətəndaşları vətənlərinə qayıda biləcəklər
23 Noyabr 2020 DİN açıq havada siqaret qadağası məsələsinə aydınlıq gətirdi
23 Noyabr 2020 Ermənistanda itkin düşən hərbçilərin valideynləri aksiya keçirir