b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_rfgggfhgjgjh.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Missiya.Az xəbər verir ki, qanuna təklif edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar.

Qanuna ediləcək dəyişiklikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Bu şəxslər (birbşa kadr zabit heyətinə könüllü daxil olanlar) hazırkı dəyişikliklə qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər.

Yalnız zabit heyəti vəzifələrində (burada dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti əməkdaşları nəzərdə tutulur) təqvim hesabı ilə (hərbi vəzifə və hərbi xidmət haqqında) Qanunun 41.0.9-cu maddəsinə və (hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq azı 10 il xidmət etdikdə ehtiyata buraxıla bilərlər.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.


02 Dekabr 2020 TƏBİB: Sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər
02 Dekabr 2020 Professor: "Qorunma tədbirlərindən başqa əlimizdə heç nə yoxdur"
02 Dekabr 2020 İşçi qrupun üzvü: "Vəziyyət belə davam edərsə, çətinliklə üzləşəcəyik"
02 Dekabr 2020 Laçının Qarıqışlaq kəndinin görüntüləri
02 Dekabr 2020 TƏBİB evdə müalicə olunan koronaviruslu xəstələrə xəbərdarlıq edib
02 Dekabr 2020 Azərbaycanda daha 3 942 nəfər COVID-19-a yoluxub, 37 nəfər ölüb
02 Dekabr 2020 Şuşaya yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
02 Dekabr 2020 Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək
02 Dekabr 2020 DİN-dən Ramiz Zeynalovla bağlı açıqlama
02 Dekabr 2020 Ermənistanın hərbi texnika itkisinin dəyəri 3,8 milyard dollardır
02 Dekabr 2020 XİN fransalı deputatların Qarabağa səfər edəcəyi xəbərinə münasibət bildirdi
02 Dekabr 2020 Ermənistanda yanacaq bahalaşıb
02 Dekabr 2020 İcra nümayəndəsinin qohumu karantin qaydalarını pozdu
01 Dekabr 2020 İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA
01 Dekabr 2020 Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
01 Dekabr 2020 Prezident “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu imzaladı
01 Dekabr 2020 Şəhid Xudayarın möhtəşəm ifası məzarı önündə səsləndi - VİDEO
01 Dekabr 2020 Azərbaycan hərbçiləri Laçın şəhərini bayraqla bəzədi
01 Dekabr 2020 Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzaladı
01 Dekabr 2020 “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir”