b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1599653307_untitled-1.jpg

Əhali arasında yoluxma hallarının artması, yoluxmanın arealının genişlənməsi son nəticədə belə halların ordumuza da sirayət etməsi ilə nəticələnə bilər.

Missiya.Az xəbər verir ki, bunu  açıqlamasında Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, döyüş bölgələrinə yaxın ərazilərdə həm yerli əhali ilə hərbçilərin təması baş verir, həm də hərbi qulluğa çağırılan şəxslər arasında virusa yoluxanların olması mümkündür:

“Bunu nəzərə alanda, o zaman təhlükənin nə qədər real olması aydın görünür. Bütün mümkün tədbirləri görmək lazımdır ki, bu baş verməsin, kütləvi hal almasın. Çünki məsələ müharibə vəziyyətində olan ordumuzun döyüş qabiliyyətinə təsir etməklə ölkənin təhlükəsizliyini müəyyən edir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, bu gün arxa cəbhədə xəstələnən şəxs hansısa bir döyüşçümüzün yaxını ola bilər. Torpaqlarımızın azad edilməsi uğrunda ölüm-dirim savaşına atılan hər bir döyüşçümüz arxa cəbhədə öz ailəsindən, yaxınlarından arxayın olmalıdır. Buna görə də əminliklə demək olar ki, infeksiyanın yayılması ilə mübarizə, yoluxma hallarının azaldılmasına yönələn bütün tədbirlər və bunların müsbət nəticələri sonda Qarabağda qələbəmizi yaxınlaşdırır”.

T.Eyvazov hesab edir ki, arxa cəbhədə koronavirus infeksiyasından qorunmanın ən effektiv yolu insanlar arasında təmasların minimuma endirilməsi və karantin qaydalarına ciddi əməl olunmasıdır:

“Yəni, maskadan düzgün istifadə edilməsi, sosial məsafənin gözlənilməsi, asqırdıqda, öskürdükdə burun və ağzın örtülməsi, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq, əllərin gigiyenası, xəstəlik əlamətlərini özündə hiss etdikdə həkimə dərhal müraciət etmək və s. lazımdır”.

“Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Özümüzün, yaxınlarımızın qayğısına qalaq, problemə qarşı birgə mübarizə edək. Buna öz nizam-intizamımız ilə nail olmaq mümkündür. Belə kollektiv məsuliyyət virusun yayılmasının qarşısını alır. Əgər bir nəfər maskada gəzəcəksə, çətin ki, problemi həll edək. Belə qlobal məsələlər birlikdə həll oluna bilər. Hamı üçün əsas tövsiyə insanlarla təmasları məhdudlaşdırmaqdır. Hələ ki, bundan təsirli vasitə icad olunmayıb. Hamılıqla riayət edək, birlikdə güclü olaq! Koronavirusa qalib gələk!”, - deyə baş infeksionist qeyd edib


24 Noyabr 2020 Bu gün Kəlbəcər Azərbaycana qaytarılır
24 Noyabr 2020 İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
24 Noyabr 2020 Şuşa şəhərinin havadan görüntüsü
24 Noyabr 2020 Azərbaycanda daha 3646 nəfər koronavirusa yoluxub
24 Noyabr 2020 İşğaldan azad olunmuş Abdal, Gülablı kəndlərinin videogörüntüləri
24 Noyabr 2020 Çavuşoğlu: “Hüquqlarını qorumaq üçün Azərbaycanın yanında olacağıq”
24 Noyabr 2020 Vilayət Eyvazov Suraxanının polis rəisini yüksək vəzifəyə təyin etdi
24 Noyabr 2020 İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı
24 Noyabr 2020 "Biz bu torpaqlara şəhidlərimizin canı, qanı bahasına qayıtmışıq" - İlham Əliyev
24 Noyabr 2020 BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq
23 Noyabr 2020 İlham Əliyev: "Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək"
23 Noyabr 2020 Milli Məclisin koronavirusa yoluxan deputatları - SİYAHI
23 Noyabr 2020 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
23 Noyabr 2020 Nazir müavini: "Ağacəkmə tədbirləri bütün Qarabağ bölgəsində hissə-hissə davam etdiriləcək"
23 Noyabr 2020 Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb
23 Noyabr 2020 Ermənistan müdafiə nazirinin müavini də istefaya göndərildi
23 Noyabr 2020 Rusiya sülhməramlıları Qarabağı minalardan təmizləyir
23 Noyabr 2020 Rusiya və Ukrayna vətəndaşları vətənlərinə qayıda biləcəklər
23 Noyabr 2020 DİN açıq havada siqaret qadağası məsələsinə aydınlıq gətirdi
23 Noyabr 2020 Ermənistanda itkin düşən hərbçilərin valideynləri aksiya keçirir