b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_vffghh.JPG

"Ermənistan Baş nazirinin münaqişənin diplomatik həlli yoxdur deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır. Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur".

Missiya.Az xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir. Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir.

Azərbaycanın Gəncə şəhərini SCUD tipli ballistik raketlərlə, digər şəhər və rayonlarının sakinlərini raket və artilleriya ilə daim atəşə tutmaq barədə əmr verən şəxs tərəfindən bu kimi açıqlamanın verilməsi əslində təəccüb doğurmamalıdır.

Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir.

Prezident İlham Əliyev beynəlxalq mediaya verdiyi son müsahibələrində və açıqlamalarında Azərbaycanın danışıqlara və münaqişənin diplomatik yollarla həllinə hazırlığını dəfələrlə bəyan etmişdir.

Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyinin bu açıqlaması eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir.

Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən mövcud yol xəritəsinə uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir.


30 Noyabr 2020 Azərbaycan polisləri Kəlbəcərdədir
30 Noyabr 2020 FHN -in Laçında yerləşəcək inzibati binasının lövhəsi hazırdır
30 Noyabr 2020 ABŞ-ın koronavirusa qarşı vaksini 100 % effekt verib
30 Noyabr 2020 Levon Ter-Petrosyan: “Paşinyan ziyanvericidir”
30 Noyabr 2020 Bağrat Asatryan: "Ermənistan hələ 2018-ci ildə Azərbaycanla barışmalıydı"
30 Noyabr 2020 İşğaldan azad edilən ərazilərə gedənlərə XƏBƏRDARLIQ
30 Noyabr 2020 Azərbaycan ərazisində yeddi dron zərərsizləşdirilib - RƏSMİ
30 Noyabr 2020 ANAMA vətəndaşlara müraciət etdi
30 Noyabr 2020 Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deport olunub
30 Noyabr 2020 Yol qəzasında Tibb Universitetinin üç tələbəsi ölüb, biri xəsarət alıb
30 Noyabr 2020 Paşinyan Putinlə Qarabağa dair danışıqların bir hissəsini açıqlayıb
30 Noyabr 2020 TƏBİB-dən koronavirus XƏBƏRDARLIĞI - Yoluxma sürətlə artacaq - VİDEO
29 Noyabr 2020 Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - RƏSMİ AÇIQLAMA + VİDEO
28 Noyabr 2020 Azərbaycanda tanınmış vəkil koronavirusdan ölüb
28 Noyabr 2020 Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər
28 Noyabr 2020 Füzulidə avtomobil minaya düşüb
28 Noyabr 2020 İşğaldan azad edilən Ağdamda Xocalı ilə bağlı ilk foto sərgi keçirildi - VİDEO
28 Noyabr 2020 Prezidentin köməkçisi xarici diplomatlarla Tərtərdədir - FOTO
28 Noyabr 2020 Hikmət Hacıyev: “Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü"
28 Noyabr 2020 İstisu qəsəbəsindən yeni görünütlər - VİDEO