b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dooolo.jpg

İlin əvvəlindən bu günə kimi Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrinin 59 faizini piyadaların avtomobillərlə vurulması təşkil edir. 

Missiya.az xəbər verir ki, bunu report-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir:

“Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığına əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur”.

V.Əsədov “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa cərimə olunurlar:

“Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir”.

Şöbə rəisi onu da əlavə edib ki, piyadaların vurulması ilə bağlı hadisələri təhlil etdikdə aydın olur ki, əsasən piyada keçidlərinin yaxınlığında bu cür hallar daha çoxdur:

“Ən çox piyadaların vurulması hadisəsi yeraltı və yerüstü keçidlərin yaxınlığında qeydə alınır.

Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərdə isə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir”.

V.Əsədov sürücülərə də müraciət edərək bildirib ki, onlar xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar:

“Eyni zamanda piyadalar da keçidlərdən istifadə etməlidirlər. Xatırladım ki, Bakı şəhər üzrə 80-dən artıq yeraltı və yerüstü piyada keçidi var. Hesab edirik ki, hər kəs öz təhlükəsizliyini qorumalıdır. Hadisələrə nəzər saldıqda aydın olur ki, həm piyada səhlənkarlığı, həm də sürücü diqqətsizliyi qəzalara səbəb olur.

Düşünürük ki, hər kəs öz məsuliyyətini dərk edəcək. Bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa çağırırıq”.


27 Oktyabr 2020 Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
27 Oktyabr 2020 Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı - Ermənistana XƏBƏRDARLIQ
27 Oktyabr 2020 Ön cəbhədə döyüşən əsgərin xəyalını gərçəkləşdirən iş adamı onunla görüşdü - VİDEO
26 Oktyabr 2020 İlham Əliyev: “Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”
25 Oktyabr 2020 İlham Əliyev: “Qubadlı şəhəri işğalçılardan azad olundu”
24 Oktyabr 2020 MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
23 Oktyabr 2020 Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb
23 Oktyabr 2020 Baş infeksionist əhaliyə müraciət etdi
23 Oktyabr 2020 DİN-dən əhaliyə terror xəbərdarlığı - "102" -yə zəng edin
22 Oktyabr 2020 "Birliyimizi pozmağa cəhd edən xainlərin bütün cəhdləri iflasa uğrayacaq" - Ramin Əhmədov
22 Oktyabr 2020 Azərbaycanda koronavirusa yoluxmada yeni rekord qeydə alındı: Altı nəfər öldü
22 Oktyabr 2020 Ermənistanda günlük yoluxma 2 mini keçdi
22 Oktyabr 2020 İmmuniteti artıran dərmanlar koronavirus üçün təhlükəli imiş
21 Oktyabr 2020 Hikmət Hacıyev Ermənistanın baş nazirinə cavab verib
21 Oktyabr 2020 Azərbaycan ordusu 24 günə Ermənistana illik büdcəsi qədər ziyan vurub
19 Oktyabr 2020 Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
19 Oktyabr 2020 İşğalçı Ermənistan, tarixi reallığı tanı!
18 Oktyabr 2020 Ermənistanın xüsusi təyinatlıları ordumuzun həmləsinə tab gətirməyərək qaçdı - VİDEO
18 Oktyabr 2020 Müdafiə Nazirliyi: Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu
18 Oktyabr 2020 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir