b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_fffgfgfghgfddf.jpg

Aylardır xəstəxanalarda davam edən koronavirus mübarizəsi, əslində, dövlətlər arasında da gizli bir müharibəyə çevrilib. Çində yayılmağa başlayan bu infeksiya ilə vaxtsız qarşılaşan, hər mənada hazırlıqsız olan ölkələr çarəni tez bir zamanda COVID-19 əleyhinə vaksin, dərman və ya peyvənd tapmaqda axtarıb və əsrin qəhrəmanı olmağa çalışıb.

Bu müddət ərzində bir çox Avropa ölkəsi, hətta Afrikadan belə peyvəndin sınaqları ilə bağlı xəbərlər eşidilib.

ABŞ və Rusiya arasında olan gizli və aşkar çəkişmələr elə bu mövzuda da özünü büruzə verib.

Missiya.Az xəbər verir ki, mart ayından bəri peyvənd üzərində, necə deyərlər, baş sındıran, ötən ayın ortalarında peyvənd istehsalına başlayacağını açıqlayan ABŞ hökuməti bunun 4-6 həftə çəkəcəyini bildirmişdi. 

Prezident Donald Tramp isə koronavirus peyvəndini digər ölkələrlə bölüşməyə hazır olduqlarını bütün dünyaya car çəkmişdi. ABŞ hökuməti bu peyvəndin hazırlanmasına təxminən yarım milyard dollar (850 milyon AZN) ayırıb. Sınaqlarda 30 mindən çox könüllü iştirak edib.

Bu müddət ərzində Rusiya da boş dayanmadı. May ayından bəri hazırladığı preparatları gah tibb işçiləri, gah da hərbi qulluqçular üzərində sınaqdan keçirib effektini yoxlayan şimal qonşumuz iki gün əvvəl peyvəndin hazır olduğunu və qeydiyyatdan keçdiyini bildirib.

Rusiya 500 milyon doza peyvəndin istehsalını təmin etməyə hazır olduğunu desə də, ABŞ-dan 600 milyon rəqəmi eşidilib. Birləşmiş Ştatların baş yoluxucu xəstəliklər mütəxəssisi Entoni Fauçi koronavirusa qarşı Rusiyada hazırlanmış peyvəndin təhlükəsizliyi ilə bağlı şübhələrinin olduğunu deyib. Eynilə Almaniyanın Səhiyyə naziri Yens Spahn kimi.

Hər iki ölkədə peyvənd könüllü şəkildə olsa da, Rusiya bunu ödənişsiz həyata keçirəcəyini bildirib.

ABŞ Rusiyanın peyvəndinə şübhə duyulduğu bir vaxtda çox ağıllı bir açıqlama verib. Koronavirus infeksiyasına qarşı peyvəndlərin istifadəsinə yalnız onların təhlükəsiz olduğu sübut ediləcəyi təqdirdə icazə verəcəyini bildirən hökumət bir növ insanların etibarını qazanmaq üçün yaxşı bir addım atıb.

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko dünyada ilk dəfə olaraq Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndi ilə bağlı xarici həmkarlarının səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib və onları tamamilə əsassız adlandırıb.

İstənilən halda, ÜST Rusiya peyvəndini nəzarətə götürdüyünü və araşdırma aparacağını bildirib.

İndi aylardır bu pandemiyadan əziyyət çəkən insanları sadəcə doğru-düzgün bir çıxış yolunun tapılması maraqlandırır, istehsalçının hansı ölkə olması yox.



24 Sentyabr 2020 Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA
23 Sentyabr 2020 Müdafiə Nazirliyindən Paşinyanın arvadı ilə bağlı açıqlama
23 Sentyabr 2020 Yaşı 65-dən yuxarı olan müəllimlərin nəzərinə: Nazirlik qərar verdi
22 Sentyabr 2020 Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı - VİDEO
22 Sentyabr 2020 Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlanıb
22 Sentyabr 2020 Vətəndaşlar cəbhəyə getmək üçün axın edir - QÜRURVERİCİ GÖRÜNTÜ - VİDEO
22 Sentyabr 2020 Dövlət vətəndaşların avtomobillərini yığacaq? - YENİ XƏBƏR
22 Sentyabr 2020 MN cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
21 Sentyabr 2020 Nazirlikdən dərslikdə erməni bayrağının rənglərinin olması iddiası ilə bağlı AÇIQLAMA
21 Sentyabr 2020 Azərbaycanda pensiya ilə bağlı YENİLİK: Təhsil dövrü staj sayılacaq - RƏSMİ
21 Sentyabr 2020 Nazirlik cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
21 Sentyabr 2020 Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
19 Sentyabr 2020 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA
18 Sentyabr 2020 İntihar edən 27 yaşlı müəllimlə bağlı RƏSMİ AÇIQLAMA
18 Sentyabr 2020 İntihar edən 27 yaşlı müəllimənin YENİ FOTOLARI
18 Sentyabr 2020 Pensiya alanlara ŞAD XƏBƏR - Artım olacaq
17 Sentyabr 2020 Azərbaycan-İran sərhədində atışma - Ölən var
17 Sentyabr 2020 DYP-dən piyadalara müraciət
17 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
16 Sentyabr 2020 Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 141 yeni yoluxma