b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1594539792_koronavirus_283756.jpg
Rusiyanın Seçenov Universitetində ilk dəfə könüllülər üzərində yeni növ koronavirus (COVİD-19) peyvəndinin sınağı uğurla başa çatıb, insan sağlamlığı üçün təhlükəsiz olduğu müəyyənləşib.
 
Missiya.Az xəbər verir ki, bunu Tibbi Translasiya və Biotexnologiya Universitetinin direktoru Vadim Tarasov bildirib.

N. F. Qamalei adına Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı peyvəndin sınağına iyunun 18-də başlanıb. Könüllülərin ilk qrupu iyulun 15-də, növbəti qrup isə  iyulun 20-də evə buraxılacaq. Tədqiqatların bu mərhələsi peyvəndin insan sağlamlığı üçün təhlükəsizliyini sübut etmək olub.
 
Könüllülər iki qrupa bölünüb. Birinci qrupa peyvəndin bir dozası, ikinci qrupa iki doza vurulub. İlk gün könüllülərin bədənində hərarət qalxsa da, başqa heç bir neqativ reaksiya müşahidə olunmayıb, könüllülərin hamısı özünü yaxşı hiss edir.
 
Könüllülər 15 və 20 iyulda evə buraxıldıqdan sağlıq durumları müşahidə olunaraq immunitetlərinin necə olacağı öyrəniləcək. Daha sonra peyvəndin hazırlanması planının növbəti mərhələlərinə başlanacaq.

APA


14 Avqust 2020 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib
14 Avqust 2020 Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi
14 Avqust 2020 Nazir yeni tədris ili ilə bağlı hazırlanan təkliflərə münasibət bildirdi
13 Avqust 2020 XXI əsrin yeni müharibəsi: “Peyvənd davası” - VİDEO
13 Avqust 2020 Nazir şagirdlərlə onlayn görüşdü
13 Avqust 2020 Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olundu
13 Avqust 2020 Yeyib-içmək məclisi təşkil etmək baha başa gəldi
13 Avqust 2020 Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb - FOTO
13 Avqust 2020 Türkiyənin Müdafiə naziri Hulusi Akar Bakıdadır - FOTO
12 Avqust 2020 Vilayət Eyvazov bu rayona yeni DYP rəisi təyin etdi
12 Avqust 2020 ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
12 Avqust 2020 Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır
12 Avqust 2020 18 yaşlı gənc Tibb Universitetindən imtina edib, arzularının dalınca getdi - VİDEO
12 Avqust 2020 Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yaydı
11 Avqust 2020 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb - FOTO
11 Avqust 2020 “Karabakh Is Azerbaijan” platforması erməni yalanları ilə mübarizəyə başladı
11 Avqust 2020 Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
11 Avqust 2020 Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma
11 Avqust 2020 Oğuza istirahətə gedənlər cərimələndi
11 Avqust 2020 Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi - FOTO