b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_ee1.jpg

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.

Missiya.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər.

Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib.

Baş Nazir karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd edib. Baş Nazir rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Baş Nazir rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoyub.


b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_ee2.jpg

 





12 Avqust 2020 Vilayət Eyvazov bu rayona yeni DYP rəisi təyin etdi
12 Avqust 2020 ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
12 Avqust 2020 Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır
12 Avqust 2020 18 yaşlı gənc Tibb Universitetindən imtina edib, arzularının dalınca getdi - VİDEO
12 Avqust 2020 Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yaydı
11 Avqust 2020 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb - FOTO
11 Avqust 2020 “Karabakh Is Azerbaijan” platforması erməni yalanları ilə mübarizəyə başladı
11 Avqust 2020 Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
11 Avqust 2020 Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma
11 Avqust 2020 Oğuza istirahətə gedənlər cərimələndi
11 Avqust 2020 Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi - FOTO
11 Avqust 2020 Bu gündən “Gənclik” metro stansiyasının vestibülü açıq olacaq
11 Avqust 2020 Prezidentin tənqidindən sonra AZAL-da təmizləmə əməliyyatı başladı
11 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
11 Avqust 2020 Bill Qeyts dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı
11 Avqust 2020 Nəvələrinə ad günü keçirən babalar saxlanıldı
10 Avqust 2020 İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi
10 Avqust 2020 Azərbaycanda 1 həftəyə koronavirus belə azalıb
10 Avqust 2020 Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib
10 Avqust 2020 Lukaşenkonun rəqibinin neçə faiz səs topladığı açıqlandı