b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_azerisiq060_17134.jpg

Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Fərmanına əsasən istifadə edilən elektrik enerjisi ilə bağlı "Azərişıq" ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək.

Bunu Missiya.Az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, istehlakçılar elektrik enerjisi borcunu "Azərişıq"ın mobil tətbiqi vasitəsi ilə ödəyə biləcəklər:

"Beləliklə, İstehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə edəcək, habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanacaqlar. Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatları insan faktoru olmadan avtomatik həyata keçirəcək.

İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildiriş alaraq elektron ödəniş edə bilməyiniz üçün "Azərişıq" ASC-nin veb saytında "Bildiriş" bölməsinə daxil olaraq 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir. Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz.

Bundan sonra mobil operatorunuzu, mobil nömrənizi və elektron poçt ünvanınızı daxil edərək "Yadda saxla" düyməsini seçib elektron bildiriş profilinizi yaratmış olursunuz. "Elektron bildiriş al" düyməsini seçərək, "Azərişıq" ASC-dən enerji borcunuz barədə bildiriş alaraq, enerji borcunuzu "Azərişıq" ASC–nin mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcəkdir.

SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz. Eyni zamanda, azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərsiniz".

Siz də elektron xidmətlərə qoşulun, özünüzü və ailənizi qoruyun #EvdəQalın






03 İyun 2020 Azərbaycanda təhlükəli vəziyyət: Pik hədd yaxınlaşır, reanimasiyalar dolub!
02 İyun 2020 “Qurban olum, maska taxın...” - Fərhad Bədəlbəyli
02 İyun 2020 Soydaşlarımız Ukraynada daha bir xeyriyyə aksiyası keçirib - FOTO
02 İyun 2020 XƏBƏRDARLIQ! Karantin qaydaları yenidən sərtləşdirilə bilər - VİDEO
02 İyun 2020 İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01 İyun 2020 Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO
31 May 2020 Rayonlara getmək istəyənlərə MÜHÜM XƏBƏR
30 May 2020 Şəhərlərarası sərnişindaşıma ilə bağlı yeni qaydalar tətbiq ediləcək - VİDEO
29 May 2020 Bu şəxslər 200 manat cərimələnəcək - VİDEO
26 May 2020 Bakıda kimliyi bilinməyən şəxs mağazalara girib, borcları ödədi - VİDEO
25 May 2020 Koronavirusa görə karantinə alınan icra başçısı açıqlama verdi
22 May 2020 SON DƏQİQƏ! Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu
21 May 2020 SON DƏQİQƏ! Azərbaycanda daha bir qadağa ləğv edilir
21 May 2020 Bayram namazı ilə bağlı RƏSMİ AÇIQLAMA
20 May 2020 Sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi - RƏSMİ
19 May 2020 Prezident: "Yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir"
15 May 2020 SMS icazə zamanı 3 saat bəs etmirsə... - Polkovnik ÇIXIŞ YOLUNU göstərdi
15 May 2020 Tutulan generala bu maddələrlə cinayət işi açıldı
15 May 2020 Bakı sakinlərinə XƏBƏRDARLIQ: Bu tarixdə küçəyə çıxmayın - FOTO
14 May 2020 Vilayət Eyvazov bu postun komandirini vəzifəsindən AZAD ETDİ