b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_thumbs_b_c_f5b31f5fd03fabfde0ca8c6613155272.jpg

Koronavirus pandemiyası ölkədə yayıldığı bir vaxtdan spirtə olan tələbat dəfələrlə artıb. Təəssüflər olsun ki, bəzi insanlar bundan təkcə əlləri dezinfeksiya etmək üçun yox, daxilə qəbul etmək üçun də istifadə edir və bu yolla virusdan uzaq qalacaqlarını düşünürlər.

ARB TV–nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

Sakin: “Maska tapa bilməyənlər qorunmaq üçün gedib spirt alıb içirlər. Çünki eşidirlər ki, spirt virusu məhv edir, gedir açıq satışdır deyə hər yerdən alıb içir. Deyirlər ki, içirik ki, içərini dezinfeksiya etsin”.

Bunu düzgun hesab etməyənlər, alkoqola meylli insanların ortaya atdığı fikir olduğunu deyənlər də var.

Sakin: “Əlcək taxsınlanlar, əllərini dezinfeksiya etsinlər, evdən də çölə çıxmasınlar, başqa qorunmaq yolu yoxdur bunun”.

Amma bu günlərdə spirtli ickiyə tələbatın artmasını marketlər də təsdiqləyir. Xüsusən orta nəsil arağı xəstəliklərə ən yaxşı müdafiə üsulu hesab edir.

Satıcı: “Arağın satışı əvvəlki zamanlara nisbətən artıb. Alıcıları isə daha çox orta yaş nəslinin nümayəndələridir”.

Həttə iş o yerə çatib ki, araq və digər spirtli içkərdən əlavə tibbi spirtin üzərinə su əlavə edərək onu içənlər var. Bu da insanların zəhərlənməsinə və daha ağır fəsadlara səbəb olur.

Bu aralar insanların ən çox istifadə etdiyi spirt ancaq mikrobu öldürə bilər. Bunun üçün spirit götürərək mikrooranizmin üzrəinə tökmək lazımdır. Ancaq spirti virusu öldürmək üçün daxilə qəbul etmək tamamilə yalnış fikirdir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan - tibbi etil spirtindən istifadə qaydaları haqqında vətəndaşlara müraciət edib. Müraciətdə qeyd edilib ki, tibbi etil spirtinin yalnız dezinfeksiya məqsədilə istifadəsi tövsiyə olunur. Lakin xəbərdarlıqlara baxmaraq ölkədə bundan zəhərlənmələr və ölüm halları baş verir.

Azər Maqsudov – Həkim: “Ölənlərin hamısı kişi xəstələridir. Yaşları da çox cavandır. Hardasa, 35-37 yaşa qədərdir. Spirtli içkini daxilə qəbul etmək qadağandır, çünki pis nəticə verir, hətta ölümlə belə nəticələnir”.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən verilən məlumata görə, martın 21-dən indiyə qədər metil spirtindən zəhərlənən 13 nəfərdən 8-i dünyasını dəyişib dəyişib.



25 May 2020 Koronavirusa görə karantinə alınan icra başçısı açıqlama verdi
22 May 2020 SON DƏQİQƏ! Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu
21 May 2020 SON DƏQİQƏ! Azərbaycanda daha bir qadağa ləğv edilir
21 May 2020 Bayram namazı ilə bağlı RƏSMİ AÇIQLAMA
20 May 2020 Sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi - RƏSMİ
19 May 2020 Prezident: "Yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir"
15 May 2020 SMS icazə zamanı 3 saat bəs etmirsə... - Polkovnik ÇIXIŞ YOLUNU göstərdi
15 May 2020 Tutulan generala bu maddələrlə cinayət işi açıldı
15 May 2020 Bakı sakinlərinə XƏBƏRDARLIQ: Bu tarixdə küçəyə çıxmayın - FOTO
14 May 2020 Vilayət Eyvazov bu postun komandirini vəzifəsindən AZAD ETDİ
13 May 2020 Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı
13 May 2020 DTX-nin Dövlət Sərhəd Xidmətində keçirdiyi əməliyyatda üç rəis saxlanıldı - SON DƏQİQƏ
13 May 2020 İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM
13 May 2020 Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü - FOTO
12 May 2020 Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı öldü
10 May 2020 Prezident İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 2020 Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı
09 May 2020 İlham Əliyev Rafiq Bayramovu vəzifədən azad etdi
09 May 2020 Bakı metrosunda ara məsafəsi belə tənzimlənəcək - RƏSMİ
07 May 2020 DTX Vilyam Hacıyevi belə tutdu - Əməliyyatın görüntüləri - VİDEO