b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1582713856_829134.jpg
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.
 
Missiya.Az xəbər verir ki, həmin gecə ermənilər tərəfindən Xocalıda girov götürülən Dürdanə Ağayeva Trend-ə xocalıların başına gətirilən dəhşətlərdən danışıb. Dürdanə xanım Xocalının fədakar və sonadək iş başında olan rabitəçilərindən olub. O deyir ki, ilk dəfə ermənilər Xocalıya 1988-ci il sentyabrın 18-də silahlı hücum etdilər:
 
"Həmin vaxt Xocalıda toy məclisi var idi. Ermənilər xocalıların başının toya qarışdığını zənn edib şəhərə silahlı hücum etdilər. Xocalı kişiləri onda ermənilərin layiqli cavabını verdi və onlar geri çəkildilər. Həmin vaxtdan Xocalı mühasirədə saxlanılırdı. O gündən bizim faciələrimiz başladı. 4 il blokadada yaşadıq. Amma xocalılar torpağı qoyub qaçmadı. Xocalıda kişilər ailələrini şəhərdən çıxarmaq istədilər, amma heç bir qadın həyat yoldaşını, qardaşını orda qoyub qaçmadı. Qadınlar sona qədər şəhərdə ailələrinə dəstək oldu".
 
D.Ağayeva deyir ki, 1992-ci il fevralın 25-də gecə Xocalının işıqları söndürülür:
 
"O vaxt mənim 20 yaşım var idi. Xocalıda rabitəçi işləyirdim. Gecə Xocalı qəfil atəşə tutuldu. Bildirdilər ki, artıq Xocalı aeroportu ermənilər tərəfindən alınıb. Şəhər birdən-birə atəşə tutuldu, evdən çölə çıxmaq mümkün deyildi. Biz sürünə-sürünə küçələrə axışdıq. Güllələr sel kimi yağırdı. Ayaqüstə duran adamı vururdular. Sürünə-sürünə Xocalıda körpünün altına gəldik, hamı orada idi. Oradan biz meşə ilə Ağdama tərəf getmək istədik. Meşədə qarın içində ağaclardan tuta-tuta yeriyirdik. Qoca, cavan, uşaq, bütün xocalılar meşə ilə dağı aşmağa çalışdıq. Qadın gördüm, körpə balasını boğub öldürdü ki, ermənilər səs eşidib gəlməsin. Meşədə kol-kosdan və qardan yerimək mümkün deyildi. Kiminin ayağını don vurdu, kiminin əlini. Uşaq yemək istəyirdi, ana yerdən qarı götürüb yemək adı ilə uşağa verirdi".
 
Faciə şahidi deyir ki, zorla meşəlikdən dağı Ağdam rayonu tərəfə aşmaq istəyəndə qarşılarını əli avtomatlı ermənilər kəsib:
 
"Heç kimə baxmadan, qoca, uşaq, qadın bilmədən hamını gülləbaran elədilər. Mən ayağımdan yaralandım və huşumu itirdim. Ayılanda gördüklərimdən dəhşətə gəldim. Hər yer qan, hər tərəfim meyit idi. Yanımda bir hamilə qadın uzanmışdı, zarıyırdı. Qadının qarnında körpəsini güllələmişdilər. Bizdən bir-iki metr qarşıdan səs gəldi, əmr verdilər ki, qalxın ayağa. Bizi əllərimiz boynumuzun arxasında sıraya düzüb qadınları ayrı, kişiləri ayrı apardılar. Qadınları Əsgəran rayon Polis Şöbəsinə gətirdilər. Polis şöbəsinin qarşısında erməni qadınlar bizi daşlamağa, təhqir etməyə başladılar. Sonra bizi polis şöbəsinin zirzəmisinə saldılar. Qardaşım da mənimlə girov götürülmüşdü, onu məndən ayırdılar. Zirzəmidə 50-yə yaxın qadın, uşaq var idi. Qadınları təhqir edir, işgəncələr verirdilər. Bir gecə qız və qadınlara orada işgəncə verdilər".
 
Dürdanə Ağayeva bildirir ki, fevralın 27-də gecə qadınları benzin yanacağı ilə dəyişdilər:
 
"Onların yanacağı yox idi. Mən isə qapının arxasında gizləndim, qızlarla çıxmadım. Çünki anam yolda ölmüşdü, qardaşlarımdan xəbərim yox idi. Mən Azərbaycan tərəfə keçə bilməzdim. Qızları təhvil verəndən sonra məni tapdılar və qara günlərim də ondan sonra başladı. 8 gün mənə olmazın işgəncələr verdilər, buz kimi yerdə saxladılar. Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü. Karen palçıqlı ayaqqabısını ağzıma sürtüb mənə torpaq yedirtmək istəyirdi. Mənə çox dedilər ki, denən Qarabağ ermənilərindi, səni buraxacağıq, amma mən heç nə demədim və buna görə də 8 gün dəhşətli işgəncələrə məruz qaldım. Hər gün məni bir neçə dəfə döyürdülər, tələb edirdilər ki, Qarabağın ermənilərə məxsus olduğunu deyim".
 
Şahid qeyd edir ki, 8 gündən sonra mərhum Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə girovluqdan azad edilib:
 
"Əsirlikdə qadının gözü qarşısında iki oğlunun başını kəsdilər, 15 yaşlı bir oğlanın başını kəsib öldürdülər. Hamilə qadını körpəsi qarnında öldürdülər, qadının həyat yoldaşı havalandı. Tarixdə bu cür vəhşilik olmamışdı. Ermənilər bu cür vəhşilik törədiblər bizə qarşı. Gənc nəsil bu vəhşilikləri unutmamalıdır".
 
Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.


25 May 2020 Koronavirusa görə karantinə alınan icra başçısı açıqlama verdi
22 May 2020 SON DƏQİQƏ! Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu
21 May 2020 SON DƏQİQƏ! Azərbaycanda daha bir qadağa ləğv edilir
21 May 2020 Bayram namazı ilə bağlı RƏSMİ AÇIQLAMA
20 May 2020 Sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi - RƏSMİ
19 May 2020 Prezident: "Yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir"
15 May 2020 SMS icazə zamanı 3 saat bəs etmirsə... - Polkovnik ÇIXIŞ YOLUNU göstərdi
15 May 2020 Tutulan generala bu maddələrlə cinayət işi açıldı
15 May 2020 Bakı sakinlərinə XƏBƏRDARLIQ: Bu tarixdə küçəyə çıxmayın - FOTO
14 May 2020 Vilayət Eyvazov bu postun komandirini vəzifəsindən AZAD ETDİ
13 May 2020 Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı
13 May 2020 DTX-nin Dövlət Sərhəd Xidmətində keçirdiyi əməliyyatda üç rəis saxlanıldı - SON DƏQİQƏ
13 May 2020 İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM
13 May 2020 Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü - FOTO
12 May 2020 Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı öldü
10 May 2020 Prezident İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 2020 Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı
09 May 2020 İlham Əliyev Rafiq Bayramovu vəzifədən azad etdi
09 May 2020 Bakı metrosunda ara məsafəsi belə tənzimlənəcək - RƏSMİ
07 May 2020 DTX Vilyam Hacıyevi belə tutdu - Əməliyyatın görüntüləri - VİDEO