b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dgdgfgfgfh.JPG

Ağdaş rayonunun Abad kəndində əhali arasında kütləvi şəkildə qızdırma halı baş verib, uşaqlar və böyüklər qrip və suçiçəyinə yoluxub.

Missiya.Az xəbər verir ki, Abad kənd icra nümayəndəsi Lətif Müstafayev APA-nın yerli bürosuna bildirib ki, 10 gün əvvəl kənddə bir neçə adam qripə yoluxub. Fevralın 9-da qar yağandan sonra xəstələnən şəxslərin sayı xeyli artıb. Əsasən uşaqlar qrip və suçiçəyinə yoluxub, qızdırmadan əziyyət çəkirlər. İcra nümayəndəsinin sözlərinə görə, Abad kənd tam orta məktəbinin 300-dən çox şagirdi var, indiyədək 100-dən çox uşaq ötən 10 gün ərzində ayrı-ayrı vaxtda xəstələndiyi üçün dərsə getməyib: "Uşaqların hamısı eyni vaxtda xəstələnməyib. Xəstələnən uşaqlar 2-3 gün ərzində müalicə olunduqdan sonra yenidən dərsə davam ediblər. Hazırda 40-dan çox uşaq xəstə olduğu üçün evdə müalicə olunur. Məktəb bir gün də olsun fəaliyyətini dayandırmayıb. Lakin bir çox valideynlər uşaqlarını  xəstələnməmələri üçün məktəbə göndərmir. Hazırda mənim iki nəvəm qripdir, evdə müalicə olunurlar. Qonşumun uşaqları isə suçiçəyi olduqları üçün məktəbə getmirlər".

Lətif Mustafayev bildirib ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkim briqadası bu gün Abad kəndinə ezam olunub. Həkimlər orta məktəbdə oxuyan şagirdləri müayinə ediblər. Sonra tibb işçiləri evlərə gedərək xəstələndiyi üçün dərsə gələ bilməyən uşaqları müayinə ediblər: “Uşaqlarla yanaşı, böyük adamlarda da soyuqdəymə, qrip və qızdırma halları mövcuddur. Həkimlər insanlara narahat olmamağı və kənddə qorxulu virus olmadığını deyiblər".

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) APA-nın sorğusuna verilən cavaba görə, fevralın 18-də Ağdaş rayon Abad kəndində 7-18 yaşlı uşaqların müayinəsi təşkil olunub: “Müayinə olunmuş 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, kəskin respirator virus infeksiyası (KRVİ), 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb. Abad kəndində müayinə nəticələri Ağdaş RMX-PHŞ-in və rayon GEM-in rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rast gəlinməyib”.




07 Aprel 2020 Nazirlikdən 190 manatla bağlı daha bir AÇIQLAMA
06 Aprel 2020 Missiya.Az YAP Nizami RT ilə sosial aksiya keçirdi - FOTOLAR
06 Aprel 2020 Maskasız çölə çıxanlar CƏRİMƏLƏNMƏYƏCƏK - RƏSMİ
06 Aprel 2020 TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb
03 Aprel 2020 Bakı, Sumqayıt və Abşeronda koronavirusa yoluxanların sayı açıqlandı
03 Aprel 2020 Azərbaycanda yalnız bu şəxslər küçəyə sərbəst çıxa biləcək - SİYAHI
03 Aprel 2020 Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı artdı
03 Aprel 2020 Türk həkim: "Koronavirus peyvəndini sınaqdan uğurla keçirdik"
02 Aprel 2020 Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ
02 Aprel 2020 İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO
01 Aprel 2020 Azərbaycanda bu xidmət pulsuz oldu
01 Aprel 2020 Azərbaycanda koronovirusa yoluxanların sayı sürətlə artdı - SON DƏQİQƏ
01 Aprel 2020 Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti artırılır
31 Mart 2020 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM
31 Mart 2020 Türkiyədən koronavirusla bağlı ACI XƏBƏR - Ölənlərin sayı kəskin artdı
31 Mart 2020 Azərbaycanlı jurnalist və 15 yaşlı qızı koronavirusa yoluxdu
31 Mart 2020 Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı
31 Mart 2020 TƏCİLİ! Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı
31 Mart 2020 İsrail mediası həmyerlimizi günün qəhrəmanı adlandırdı
30 Mart 2020 Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ