b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_f62c8de9-7c11-42f5-99ea-2cf6f9b62df8.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə bağlı məlumat yayıb. 

Nazirlikdən Missiya.Az-a bildirilib ki, fevralın 9-u saat 12:00-a olan məlumata görə ölkə ərazisində yağıntı qara keçib, bəzi yerlərdə intensiv və güclü olub, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

Düşən qarın miqdarı: Qəbələdə 29 mm (aylıq normanın 52%-i), Lənkəran, Sarıbaşda 25 mm (aylıq normanın 47%-i), Xınalıqda 23 mm, Kişçay (Şəki) (aylıq normanın 50%-i), Göyçay (aylıq normanın 63%-i), Astarada 22 mm, Gədəbəydə 21 mm, Qrızda 21.0 mm (aylıq normanın 84%-i), Oğuzda 19 mm (aylıq normanın 38%-i), Xaltanda 17.0 mm (aylıq normanın 68%-i), Daşkəsəndə 15 mm, Şəkidə 15 mm, Beyləqan, Qubada 14 mm (aylıq normanın 46%-i), Zaqatalada 13 mm, Kürdəmir, Qusarda 12 mm, Daşkəsəndə 11mm, Nabran, Yardımlıda 10 mm, Altıağac, Lerik, Göygöldə 9 mm, Ağdam, Tərtər, Kirən (Tovuz), Cəfərxanda 8 mm, Ordubad, Ağdərə (Ordubad), Balakən, İmişlidə 7 mm, Bərdədə 6 mm, Şahbuzda 5 mm, Şabranda 4 mm, Biləsuvar, Mərəzədə 3 mm, İsmayıllı, Xaçmazda 2 mm, Şamaxı, Tovuz, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Sədərək, Neftçala, Zərdab, Mingəçevirdə 1 mm olub.

Bakıda və Abşeron yarımadasında: Zabrat, Maştağada 6 mm, Bakıda 3 mm, Sumqayıt, Neft Daşları, Pirallahı, Çilov adasında 1 mm olub.

Əmələ gələn qar örtüyünün hündürlüyü: Ağdərə, Xınalıqda 43 sm, Sarıbaşda 42 sm, Şahdağ, Qrızda 40 sm, Altıağacda 36 sm, Xaltanda 35 sm, Kişçayda 30 sm, Qəbələdə 29 sm, Göygöldə 28 sm, Daşkəsəndə 27 sm, Oğuzda 23 sm, Qusarda 20 sm, Şəkidə 18 sm, Göyçayda 17 sm, Zaqatalada 16 sm, Beyləqan, Gədəbəy HMS (hidrometeoroloji stansiya), Göygöl Hacıkənd HMS-da 15 sm, Göygöldə 14 sm, Gədəbəy, Kirən (Tovuz), Qubada 11 sm, Şahbuz, Göygöl (Hacıkənd), Lerik, Balakən, Bərdə, Ordubad, Mərəzə, Xaçmaz, Nabran, Şabran, Tərtər, Şərur, Naxçıvan, Naftalan, Gəncə, Ağdamda 1-10 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Pirallahı, Maştağada 35 m/s, Bakıda 30 m/s, Ələtdə 28 m/s, Qum adası, Neft Daşlarında 27 m/s, Sumqayıtda 24 m/s, Çilov adasında 22 m/s, Zabratda 21 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.

Neftçala, Naftalanda 34 m/s, Salyanda 23 m/s, Tərtər, Daşkəsəndə 28 m/s, Bərdədə 25 m/s, Gəncədə 24 m/s, Ceyrançöldə 23 m/s, Tovuzda 22 m/s, Ağstafa, Şahdağ, Mingəçevir, Nabranda 20 m/s, Şəmkir, Astarada 19 m/s, Qrız, Xaçmaz, Culfada 18 m/s, Yardımlı, Ağdam, Qazıməmməd, Şabranda 16 m/s, Yevlax, Şəkidə 15 m/s -dək güclənib.

Havanının minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 5-8°, yüksək dağlıq rayonlarda 15-18° şaxta, Naxçıvan MR-da 0-5° şaxta olub.

14 Fevral 2020 Rasim Balayevdən üzücü xəbər - Ağır əməliyyat olundu
14 Fevral 2020 Eldar Əzizovdan YENİ TƏYİNAT - FOTO
13 Fevral 2020 Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: “İfadələri alınır”
12 Fevral 2020 Deputat seçilən Nigar Arpadarai istefa verir
12 Fevral 2020 Etiraz aksiyasında xəsarət alanlarla bağlı məlumatlara polisdən reaksiya
11 Fevral 2020 Türkiyənin 5 şəhid verməsindən sonra Əsəd ordusuna ağır zərbə vuruldu - VİDEO
11 Fevral 2020 DİN seçki ilə bağlı videogörüntülərə münasibət bildirdi
11 Fevral 2020 Cahangir Hacıyevin cəzası azaldıldı - QƏRAR
10 Fevral 2020 Milli Məclisin ilk iclasını Fəttah Heydərov aparacaq
10 Fevral 2020 Trampı öldürmək üçün Ağ Evə gələn şəxs saxlanılıb
09 Fevral 2020 Səs verənlərin sayı açıqlandı
09 Fevral 2020 Prezident və xanımı səs verdi
08 Fevral 2020 Bakı Şəhər İcra Hakimiyyəti əhaliyə xəbərdarlıq etdi
07 Fevral 2020 "Cin çıxarmaq" adı ilə gənci döyüb öldürənlərə 57 il 6 ay cəza verildi - VİDEO
07 Fevral 2020 Qubada güclü yanğın başlayıb - Helikopterlər havaya qalxdı
07 Fevral 2020 Koronavirus yayılan ərazidən Azərbaycana gələnlər harada saxlanılır? - RƏSMİ
07 Fevral 2020 Çin Azərbaycan Prezidentinə təşəkkür etdi
06 Fevral 2020 "Lider"in aparıcısının ölüm səbəbi bilindi - QRİP VİRUSU
06 Fevral 2020 Türkiyədə qar uçqunu nəticəsində ölənləri sayı artıb
06 Fevral 2020 İstanbulda təyyarə 30 metrdən aşağı düşüb 3 yerə bölündü - VİDEO