b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1579088663_usaq-puluf.jpg

“Azərbaycanda 600 minədək uşaq müxtəlif növ sosial ödənişlərlə təmin olunur”.

Missiya.Az
xəbər verir ki, bu sözləri baku.ws-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqlar,  ailə başçısını itirmiş uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin uşaqları, müddətli həqiqi hərbi xidmət qulluqçularının, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların və onlara bərabər tutulanların uşaqları və digər uşaqlar birbaşa dövlətin təminatındadır.

“Onlara yönələn sosial ödənişlər də mütəmadi artırılır və 2019-cu ildə bu sahədə də çox ciddi artımlar edilib. Misal üçün, sağlamlıq imkanları məhdud uşaqlar üçün ötən il aylıq müavinətin məbləi 82 manatdan 150 manata çatdırılıb və onlara quluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis olunub. Beləliklə, bu istiqamət üzrə sosial ödənişin  məbləği  ümumilikdə 200 manat olmaqla, 2,4 dəfə artıb. Həmçinin bu ilin əvvəlindən sağlamlıq imkanları məhdud uşaqlara ailə başçısını itirdikləri halda buna görə aylıq müavinəti (80 manat) də almaq, yəni sağlamlıq imkanları məhdudluğa və ailə başçısını itirməyə görə təyin olunan müavinətlərin hər ikisini almaq hüququ verilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara günərzi qayğı və icma əsaslı reabilitasiya, surdoloji xidmətlər, psixoloji yardımlar və s. göstərilir ki, bu xidmətlər 8 minə yaxın uşağı əhatə edir. Göründüyü kimi, qayğıya ehtiyacı olan uşaqlar sosial dəstəklə təmin olunur, ailənin imkanlı və imkansız olmasından asılı olmayaraq hər bir uşağa aylıq müavinət (uşaq pulu) verilməsi fikri isə hər hansı sosial-iqtisadi əsaslandırmaya söykənmir”,-deyə Fazil Talıbov əlavə edib.



18 Yanvar 2021 Ötən il ümumilikdə 26 004 cinayət qeydə alınıb - Nazir
18 Yanvar 2021 Azərbaycanda koronavirusdan 503 nəfər sağalıb, 118 nəfər yoluxub
18 Yanvar 2021 Daxili Qoşunların Vətən müharibəsində şəhid olan hərbçilərinin sayı açıqlanıb
18 Yanvar 2021 Milli Məclisdə əfv etmə-amnistiya aktı mövzusunda dinləmə keçiriləcək
18 Yanvar 2021 Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək
18 Yanvar 2021 Səfir : "Fransa-Azərbaycan münasibətlərinə yenidən başlamağın vaxtıdır"
18 Yanvar 2021 Ermənistana yeni səhiyyə naziri təyin olunub
18 Yanvar 2021 Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb - Reza Deqati
18 Yanvar 2021 Sabah marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək - BNA
18 Yanvar 2021 Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb
18 Yanvar 2021 Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISI
18 Yanvar 2021 Əlverişsiz hava şəraiti Hirkan Milli Parkında yanğının söndürülməsinə ciddi maneə yaradır - FHN (VİDEO)
18 Yanvar 2021 Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib
18 Yanvar 2021 QMİ 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
18 Yanvar 2021 Prezident məmurlara xəbərdarlıq etdi: “Təmizləmə prosesi gedir və gedəcək”
18 Yanvar 2021 Azərbaycanla Türkiyə media sahəsində strateji əməkdaşlıq yaradır
18 Yanvar 2021 Elçin Alıoğlu yeni vəzifəyə təyin olundu
18 Yanvar 2021 İlham Əliyev: "Bu gün fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur"
18 Yanvar 2021 Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır"
18 Yanvar 2021 Prezident: "Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb"