676889.jpg
Nadir Qafarzadə Cem Yılmaza "qıjı" deməsinə aydınlıq gətirib.

Missiya.Az xəbər verir ki, müğənni ''Ölkə.Az''ın əməkdaşı ilə söhbətində bildirib ki, əgər insanlar 700 manata bilet alıb konsertə gedə bilirlərsə, kasıblıqdan gileylənməməlidirlər:

''Mən Cem Yılmazı ümumiyyətlə, tanımıram. Ölkəmizdə reklam olandan sonra tanımışam. Evimdə bizim telekanallara baxan yeganə insan mənəm. Deyə bilərəm ki, yeni nəsildən heç kimi tanımıram. Çünki mənə maraqlı da deyil. Mən öz sözünü demiş sənətçiləri yaxşı tanıyıram. Məsələn, Aydan Şener, Türkan Şoray kimi sənətkarlar. Cem Yılmaz barəsində  pis heç nə demirəm. Sadəcə, başa düşə bilmirəm ki, axı, nəyə görə onun kimiləri gətirirlər stand-up üçün?  Onun kimilər bizim cəmiyyəti maarifləndirmir. Savadımızı, biliyimizi artırmır. Düşünürəm ki, daha sanballı insanlar gəlməlidir ölkəyə. Bizim öz komediya aktyorlarımızdan Fərda Xudaverdiyev, Müşviq Abbasov var. Mənim fikrimcə, başqalarına ehtiyac yoxudur. Bizim əhali əgər 700 manat verib, Cem Yılmazın stand-up şousuna gedirsə, deməli, ölkəmizdə hər şey yaxşıdır. Həmin insanlar şikayət etməsinlər ki, biz pis yaşayırıq. Mitinqlər keçirməsinlər.  Düşünürəm ki, 700-800 manat az məbləğ deyil. Hansısa müəllimin, hansısa elm adamının 2 aylıq əmək haqqıdır''. 

N.Qafarzadə əməkdaşımızın ''nəyə görə öz sənətkarlarımıza bu qədər qiymət verməyənlər əcnəbi sənətçilərə pərəstiş edirlər?'' sualına sənətçi belə cavab verib:

''Bizdə həmişə belə olub. Bizim öz jurnalistlərimiz - təbii ki, hamısına şamil olunmur - öz sənətkarlarımızı ömür boyu tənqid ediblər. Heç öz sənətkarlarımızın təqdimatlarına getmirlər. Mən təkcə Cem Yılmazı nəzərdə tutub demirəm. Ümumiyyətlə, bizim ölkəmizdə əcnəbi qonaqlara, sənətkarlara pərəstiş çox güclüdür. Özlərini elə aparırlar ki, sanki onlar göydən düşüb. Əcnəbidirlər deyə əlçatmazdılar. Bəlkə də qonaq gələn həmin insanlar ölkələrində heç o qədər önəm daşımırlar. Lakin elə olmamalıdır. Əvəlcə evin içi sonra başqaları. Mən demirəm biz gələn qonağı pis qarşılayaq. Lakin özümüzə də hörmət edək. Kimisə göylərə qaldıranda, özümüz aşağılanıb, yaltaq kimi görünməyək. Mən istəmirəm ki, bizim milləti başqa ölkədə yaltaq kimi tanısınlar''.

24 Yanvar 2020 Bakı polisi uşaq oğurladığı iddia olunan qadını tapdı - RƏSMİ
24 Yanvar 2020 İlkin Süleymanova işgəncə verilib? - RƏSMİ AÇIQLAMA
23 Yanvar 2020 Nərminin əmisi İlkin Süleymanovun atasına CAVAB VERDİ
23 Yanvar 2020 Dövlətdən pul almaq istəyənlərə ŞAD XƏBƏR - Prezident göstəriş verdi - VİDEO
23 Yanvar 2020 Eldar Əzizov rəhbər şəxsləri toplayıb xəbərdarlıq etdi
23 Yanvar 2020 Pul alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb - FOTO
22 Yanvar 2020 Yeni sistemə 85 minə yaxın vakansiya daxil edilib — İş axtaranlara ŞAD XƏBƏR
20 Yanvar 2020 20 Yanvar faciəsi metropolitendə yad edilib - FOTO
20 Yanvar 2020 Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var
17 Yanvar 2020 Bakıda maşından polislərə atəş açıldı
17 Yanvar 2020 Bakıda şagirdləri daşıyan avtobus qəzaya düşdü
16 Yanvar 2020 Daha bir şəhərdə “ASAN xidmət” tikiləcək - Prezident Sərəncam imzaladı
16 Yanvar 2020 AQTA “Bizim market”də 12 ton saxta kərə yağı aşkarladı - FOTO
16 Yanvar 2020 Səhiyyə Nazirliyindən yeni virusla bağlı XƏBƏRDARLIQ
16 Yanvar 2020 Prezidentin kreditlərlə bağlı xəbərdarlığından sonra yeni təkliflər hazırlandı - VİDEO
15 Yanvar 2020 Azərbaycanda bu uşaqlara pul ayrılır - RƏSMİ AÇIQLAMA
15 Yanvar 2020 Mədət Quliyev onu vəzifədən azad etdi
15 Yanvar 2020 Nizaməddin Quliyevin oğlu işdən çıxarıldı
15 Yanvar 2020 Azərbaycanda fermer elektrik lampasından görün nə etdi - VİDEO
14 Yanvar 2020 Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var - SİYAHI