71244090_1252780888242962_4060132425718562816_n.jpg

Yeni dünya nizamı çərçivəsində qlobal geosiyasətdə “heartland” kimi səciyyələndirilən Avrasiyanın yeni nəqliyyat xəritəsini yaradan, Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan strateji əhəmiyyətli layihələr regional və beynəlxalq əməkdaşlığın dərinləşməsini, yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirir. Xüsusilə də, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycanın nəqliyyat xidmətlərini inkişaf etdirməsi, müasir infrastruktur yaratması, daşımaların idarə olunması mexanizmini təkmilləşdirməsi və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirməsi bu kontekstdə mühüm əhəmiyyətə malikdir.

Ümumiyyətlə, Azərbaycanın regionda yeni nəqliyyat-kommunikasiya xəritəsinin yaranması və bölgənin geostrateji dizaynının dəyişilməsində aparıcı rolunun əhəmiyyətini anlamaq üçün bir sıra nüanslara nəzər salmaq lazımdır:

- Azərbaycanın regional miqyasda əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verməsini təmin edən ən mühüm amillərdən biri ölkəmizin tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsidir. Qədim İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır;

- Azərbaycanda yaradılan müasir infrastruktur ölkəmizi Avrasiyada əsas strateji nəqliyyat qovşaqlarından birinə çevirib. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlər Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizlərində tranzit ölkə kimi mövqeyini daha da gücləndirməyə xidmət edir;

- Azərbaycan tərəfindən logistika və ticarətin inkişafı istiqamətində görülən işlər, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər, həmçinin qlobal miqyaslı təşəbbüslər Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Yəni bu reallıqlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir;

- Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasında mühüm rol oynayır. Respublikamız 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradılan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin önəmli həlqəsinə çevrilib. Azərbaycan, həmçinin bu strateji nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində davamlı investisiya yatırmaqla öz üzərinə düşən vəzifələri yerinə yetirir. Son illərdə BTQ dəmir yolunun, Ələtdə Beynəlxalq Limanın istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycanın kommunikativ rolu artıb: davam etdirilən işlər ölkəmizin Mərkəzi Asiyanı Qərblə, Cənubi Asiyanı isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevrilməsini şərtləndirir;

Nəticə etibarilə, bütün bunlar Azərbaycana mühüm geoiqtisadi və geosiyasi üstünlüklər gətirir, cari hədəf strateji dividendlərin əldə edilməsinə nail olmaqdır.

Nurlan Qələndərli



25 May 2020 Koronavirusa görə karantinə alınan icra başçısı açıqlama verdi
22 May 2020 SON DƏQİQƏ! Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu
21 May 2020 SON DƏQİQƏ! Azərbaycanda daha bir qadağa ləğv edilir
21 May 2020 Bayram namazı ilə bağlı RƏSMİ AÇIQLAMA
20 May 2020 Sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi - RƏSMİ
19 May 2020 Prezident: "Yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir"
15 May 2020 SMS icazə zamanı 3 saat bəs etmirsə... - Polkovnik ÇIXIŞ YOLUNU göstərdi
15 May 2020 Tutulan generala bu maddələrlə cinayət işi açıldı
15 May 2020 Bakı sakinlərinə XƏBƏRDARLIQ: Bu tarixdə küçəyə çıxmayın - FOTO
14 May 2020 Vilayət Eyvazov bu postun komandirini vəzifəsindən AZAD ETDİ
13 May 2020 Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı
13 May 2020 DTX-nin Dövlət Sərhəd Xidmətində keçirdiyi əməliyyatda üç rəis saxlanıldı - SON DƏQİQƏ
13 May 2020 İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM
13 May 2020 Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü - FOTO
12 May 2020 Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı öldü
10 May 2020 Prezident İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 2020 Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı
09 May 2020 İlham Əliyev Rafiq Bayramovu vəzifədən azad etdi
09 May 2020 Bakı metrosunda ara məsafəsi belə tənzimlənəcək - RƏSMİ
07 May 2020 DTX Vilyam Hacıyevi belə tutdu - Əməliyyatın görüntüləri - VİDEO