b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1567667729_untitled-1.jpg
Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Missiya.Az xəbər verir ki, digər təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.
 
Bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın çıxarılmasına şərait yaradan digər təqsirləndirilənlər Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib.
 
Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
 
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
 
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib.



 "Report"
20 Sentyabr 2019 Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi
19 Sentyabr 2019 Fuad Qəhrəmanlının qızı: "Atam qızının dizini, arvadının barmaqlarını sındırıb"
19 Sentyabr 2019 Hüseyn Abdullayevə cəza istənildi, təcili yardım çağırıldı
19 Sentyabr 2019 Hacı Əliyev əsəbiləşib özündən çıxdı: Hakimlərə hücum etdi - VİDEO
18 Sentyabr 2019 Deputatların pensiyası artırıldı
18 Sentyabr 2019 Elina faciəsində yeni şübhəli ad - O kimdir?
18 Sentyabr 2019 Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb
17 Sentyabr 2019 Məhkəmə Koçaryanla bağlı qərar verdi
17 Sentyabr 2019 Elinanın məktəbi ilə bağlı Təhsil nazirindən - Qərar
16 Sentyabr 2019 Mixael Şumaxer xəstəxanadan buraxılıb
13 Sentyabr 2019 İlham Əliyev 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub - FOTO
13 Sentyabr 2019 DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz
12 Sentyabr 2019 Metronun daha bir stansiyası BAĞLANIR
12 Sentyabr 2019 Prezident təmir olunan məktəbdə
12 Sentyabr 2019 Bu şəxslərin də maaşları artırılır - Baş nazirdən qərar
11 Sentyabr 2019 Leyla Əliyeva Bakı bulvarında sərgidə - FOTO
11 Sentyabr 2019 Bu təhsil işçilərinin maaşı artırılır - QƏRAR
10 Sentyabr 2019 Yerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEO
10 Sentyabr 2019 Sami Yusuf "Sığmazam"ı oxudu, rekord baxış topladı - VİDEO
09 Sentyabr 2019 Aşurada yürüşlərin keçirilməsinə imkan verilməyəcək - RƏSMİ