b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_image_660x441_5d15ad1cc76bb.jpg

Bakıda iki gün əvvəl baş vermiş qətlin üstü açılıb.

Missiya.Az xəbər verir ki, paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində 35 yaşlı Fərid Məmmədovun qətlə yetirilməsi faktı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Həbib Babaverdiyev saxlanılıb.

İlkin məlumata görə, H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə, H.Babaverdiyev F.Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb. 

Qeyd edək ki, qətlə yetirilən F.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur.

12 Noyabr 2019 Prezidentin təyin etdiyi icra başçıları kimdir? - DOSYE
12 Noyabr 2019 Bakı metrosunda bu stansiyaların adları dəyişdiriləcək - RƏSMİ
12 Noyabr 2019 İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO
11 Noyabr 2019 Bıçaqlanan Xosenin vəziyyəti necədir?
08 Noyabr 2019 Yol polisindən piyadalara müraciət: Cinayət məsuliyyətinə cəlb olunacaqlar
07 Noyabr 2019 Prezident xalq şairinə ev verdi
07 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi - FOTO
07 Noyabr 2019 “Səndən kişi olanda, məndən də...” – Elçin Əlibəylini yıxıb-sürüdü
06 Noyabr 2019 Oqtay Gülalıyev Türkiyəyə yola salınıb
06 Noyabr 2019 Eldar Əzizov icra başçılarına ciddi xəbərdarlıq etdi
06 Noyabr 2019 "Misir müəllim, pulunuzu hansı bankda saxlayırsız?"
06 Noyabr 2019 Azərbaycanda dəhşətli hadisədə ölən 25 yaşlı İLKİNİN FOTOLARI
05 Noyabr 2019 Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb
05 Noyabr 2019 Bakı, Abşeron və Sumqayıtda yaşayanlara ŞAD XƏBƏR - VİDEO
04 Noyabr 2019 Rövnəq Abdullayev gənclərə vəzifə verdi - FOTO
04 Noyabr 2019 Prezidentin fərmanı icra olunur: Daha bir Nazirlikdə dəyişiklik
04 Noyabr 2019 Bakı metrosunda problem: qatarlar gecikdi
01 Noyabr 2019 Yevlaxın yeni icra başçısının ilk tapşırığı
01 Noyabr 2019 Mehriban Əliyeva autizm sindromlu uşaqlara bərabər mahnı oxudu - VİDEO
01 Noyabr 2019 Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb