b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_subasma.jpg

Dünəndən Bakıda yağan güclü yağış paytaxt küçələrində xeyli problemlər yaradıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öncədən havanın kəskin yağıntılı olacağı ilə bağlı verilən proqnozlara baxmayaraq, paytaxda heç bir qabaqlayıcı tədbirlər görülməyib. Əsasən, paytaxt küçələrində subasma halları qeydə alınıb. Bəzi ərazilərdə isə kanalizasiya sistemlərinin yaxşı işləməməsi müşahidə olunub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Missiya.Az-a verilən məlumata görə, bir neçə ərazidə qısamüddətli subasma halı olub:

“Problem yağışların intensiv olduğu bir vaxtda baş verib. Hazırda isə şəhərdə vəziyyət sabitdir. Bütün kanalizasiya xətləri və digər sistemlər işləyirlər. Kanalizasiya sistemlərində tutulma olmayıb. Səhər saatlarından briqadalarımız küçələrdə subasma yarana biləcək yerlərə baxış keçiriblər. Heç bir yerdə bu fakt qeydə alınmayıb.

Mətbuatda bir neçə yerdə subasma halları olması barədə yayılan məlumatlara gəlincə, ASC-dən bildiriblər ki, bu, yağışın intensiv düşdüyü zaman olub, sonradan isə su çəkilib:

“Ümumiyyətlə, bizim sistemlər tam normal fəaliyyət göstərir, tam gücü ilə işləyir. Heç bir problem yoxdur. Hər yer tam təmizlənib”.

Qurumdan o da deyilib ki, qısamüddətli subasma Səbail rayonunda Badamdar və Əhmədli ərazilərində olub:

“Səhər aidiyyəti qurumlarla əlaqə saxladıq. Bütün yerlərə baxış keçirilib. Böyük subasma ərazisi qeydə alınmayıb. Artıq yağış kəsib. Hazırda da bütün işçilərimiz hazır vəziyyətdir. Əgər bir problem yaranarsa, vaxtında lazımi tədbirlər görüləcək”.

18 Oktyabr 2019 İmamoğlu Azərbaycan xalqını təbrik etdi
17 Oktyabr 2019 Prezident İlham Əliyev Saleh Məmmədovu qəbul edib - FOTO
17 Oktyabr 2019 Bakı polisi Tofiq Yaqubluya xəbərdarlıq etdi: Mitinqlə bağlı
17 Oktyabr 2019 Dövlət maşınları satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN - SİYAHI
16 Oktyabr 2019 Fədayə Laçınla bir yerdə həbs edilən polkovnik azadlığa çıxdı - 9 il həbsə məhkum edilmişdi...
16 Oktyabr 2019 Suriya ordusunun açdığı atəş nəticəsində iki türk əsgəri şəhid olub
16 Oktyabr 2019 Fuad Qəhrəmanlıya cinayət işi açıldı - Qızlarını və xanımını döydüyünə görə
16 Oktyabr 2019 Vilayət Eyvazova ağır itki üz verdi
14 Oktyabr 2019 Əli Həsənov: "Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir"
14 Oktyabr 2019 Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq
14 Oktyabr 2019 Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
14 Oktyabr 2019 Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü
12 Oktyabr 2019 "Barış bulağı" əməliyyatında məhv edilən terrorçu sayı 415-ə çatıb
11 Oktyabr 2019 DTX-dan əməliyyat: Terrorçular ifşa olundu - VİDEO
11 Oktyabr 2019 Türkiyə əsgərlərinə xain hücum - 5 əsgər yaralandı - VİDEO
11 Oktyabr 2019 “Leş Tofiq”dən sonra “Leş Elgün” də ələ keçdi - Polisdən əməliyyat - VİDEO
10 Oktyabr 2019 Gürcüstan və Azərbaycan razılaşdı - Bu tarixdən "Keşikçi dağ" açılır
09 Oktyabr 2019 Azərbaycan alman jurnalisti bağışladı
09 Oktyabr 2019 Xəzərdə itkin düşən 4 balıqçıdan 3-ü xilas edildi
08 Oktyabr 2019 Dmitri Medvedevdən Əli Əsədova təbrik teleqramı